2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

"Kömək etməyə hazırıq": Dövlət Departamentinin Luis Bononun Yerevana və Bakıya səfəri haqqında şərhi

Bazar ertəsi Dövlət Departamenti “Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etmək” niyyətini təsdiq edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Dövlət Departamentinin şərhləri Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bononun regiona səfərindən, Ermənistan və Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparmasından, möhkəm və layiqli sülhə nail olmaq səylərini müzakirə etməsindən sonra səslənib. 

Bono ABŞ-ın bu səylərə dəstəyini təsdiq edib, bu barədə martın 14-də ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Turan-ın Vaşinqtondakı müxbirinin Bononun danışıqlarının yekunları haqqında sualına cavabda Dövlət Departamentinin nümayəndəsi belə deyib: “Bizim açıqlaya biləcəyimiz təfərrüatlar yoxdur. Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bono ABŞ-ın Qafqazda sülh prosesinə dəstəyini və möhkəm və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona gedir. 

Bono sülh prosesini dəstəkləmək üçün müntəzəm olaraq Ermənistanda və Azərbaycanda bir neçə əsas maraqlı tərəflə söhbət edir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button