2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Körpü banklar” yaradıla bilər

Məhəmməd Talıblı: “Körpü bank” bank kapitalının təmərküzləşməsinə gətirib çıxarar

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) “körpü banklar” yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur. 

Bu barədə martın 30-da Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı danışıb.

Məlumata görə, İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə “Bank haqqında” qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində “körpü bank”ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb. Məsələn, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən MBNP-nin bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Müzakirələrdə R.Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir:

“Bunun biri neçə yolu var. Banka aidiyyatı olan şəxsləri, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərini icbari qaydada onun səhmlərinə keçirmək, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlər cəlb etmək, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həll edilməsi bura daxildir. Yaxud bankın müəyyən kapital kəsri var, bunu müəyyən sağlam bir banka satmaqla artıq yeni sağlam bir maliyyə təchizatı formalaşdırmaq olar. Yəqin ki, gələcəkdə dünyada maliyyəçilər başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə “körpü bank”ın yaradılmasıdır. Körpü bank nədir? Yeni bank yaradılmır, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu “körpü bank”a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır. Tənzimləyicilərdə potensial bank investorlarının siyahısı olur. Onlar bilirlər ki, hansı ödəmə qabiliyyəti olan qurumlar bank almaq istəyirlər. Məsələn, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı var ki, tək Azərbaycanda yox, hətta Gürcüstanda və Rusiyada kimlər bank almaq istəyirlər və biz belə hal ilə üzləşsək, həmin bankları kimlərə təklif edə bilərik. “Körpü bankı”nın yaradılması məhz bu məqsədə xidmət edir. Nəzərinizə çatdırım ki, hazırda qanunvericiliyə əsasən bankların yaradılması 8-10 ay müddət tələb edir. “Körpü bank”lar isə tənzimləyicinin qərarı ilə yaradılacaq”.

R.Aslanlının söylədiklərini Meydan TV-yə şərh edən AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, “Körpü bank”ın yaranması ona xidmət edəcək ki, sağlam aktiv və öhdəliklər bazara daxil olacaq başqa bir bank tərəfindən satın alınacaq. Bu, ölkə daxilindən deyil, hətta xarici ölkə sahibkarları tərəfindən də mümkün ola bilər. Dolayısı ilə ölkədə sağlam bank aktivləri daha ciddi investorlara satılacaq. Onun öhdəlikləri də həmin banka ötürüləcək.

İqtisadçı hesab edir ki, əgər R.Aslanlı bunu nəzərdə tutursa, xarici kapitallı bankların bazar daxil olması üçün maneələri aradan qaldırmaq daha doğru yoldur. Tutaq ki, aktivləri və öhdəlikləri digər investoru maraqlandırana satdınız, amma sonradan həmin bankın özünün toksid aktivləri də meydana çıxa bilər. Bu zaman öhdəlik və aktivlərı başqa “körpü bank”lar axtarılacaq və ona satılacaq. Bu dövrülük haradasa qapanacaq. Deməli, problemləri ertələmək və öhdəlikləri sonsuzluğa qədər başqa investorlara satmaqdansa, həmin investorların birbaşa bazara daxil olmasını təşviq etmək ən qısa yoldur. Təklif olunan “körpü bank” bank kapitalının təmərküzləşməsinə gətirib çıxara bilər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button