2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kosmetika istehsalı 8 dəfə düşüb

Azərbaycanda kosmetik preparat istehsalı sənayesinin qurulmasından 15 il ötür. Rəsmi hesabatlara görə, 2016-cı il bu sənaye sahəsində çalışan müəssisələrdən ötrü ən çətin illərdən olub.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ötən il kosmetik preparatların istehsal həcmi 2 milyon 472 min manat olub. Bir il öncə makiyaj və digər bədənə qulluq vasitələrinin istehsal həcmi bundan 8 dəfə çox – 20,2 milyon manat idi.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax:​ Gömrük möcüzəsi: 1.5 dollara fransız ətri

Şirkətin təsisçisinə «Tərəqqi» medalı verildi

Ölkədə kosmetika sənayesinin ən iri təmsilçisi 18,7 milyon manat kapitala malik «Gazelli Group» MMC-dir. Şirkətin özü istehsal göstəricilərinin geriləməsini şərh etmir. Onun təsisçilərindən olan Zərifə Həmzəyeva aprelin 25-də prezident İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilən sahibkarlar arasındadır.

Qeyd edək ki, Z. Həmzəyeva «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Buna da bax:​ Generalların qudalığı “La Parfumery”nin sahibini xilas etdi

İxrac da artıb…

İstehsal göstəricilərinin pisləşməsinə baxmayaraq, 2016-cı ildə Azərbaycandan parfümeriya və kosmetika vasitələrinin ixracı əvvəlki illə (161,4 min ABŞ dolları) müqayisədə 2,2 dəfə artıb. Dövlət Gömrük Komitəsi ixracatın Azərbaycan şirkətlərinə 359 min dollar gəlir gətirdiyini bildirir. Bu göstərici idxalçı ölkələrin (Gürcüstan, Honq Konq, Britaniya və Almaniya) rəsmi gömrük məlumatları (337 min dollar) ilə qismən uyğun gəlir.

Ancaq 2015-ci il üçün bunu demək çətindir: UN Comtrade-in idxalçı ölkələrin rəsmi hesabatlarına istinadən verdiyi məlumata görə, Azərbaycan 2015-ci ildə xarici ölkələrə 289 min dollar dəyərində ətir və kosmetika satıb. Azərbaycan gömrüyünə təqdim olunmuş sənədlərə görə, həmin il ixracatın həcmi 161 min dollar olub.

Buna da bax:​ 3 manata ‘Versace’, 100 manata ‘Beko’?

… idxal da

Azərbaycanın rəsmi mənbələrinə görə, 2016-cı ildə ölkəyə gətirilən ətir və kosmetikanın həcmi 933 ton (26 faiz), onun alınmasına xərclənən vəsait isə 26 milyon 779 min dollar (2,4 dəfə) artıb.

Ötən il 4 min 512 ton ətir, üzə və dəriyə qulluq vasitələrinin xaricdən gətirilməsinə 45,6 milyon dollar ödənilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button