Bizim tərcümə

Kosovoda daşqın: Küçələri su basdı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-20 18:29:52

class=”medianet-inline-adv”>

Kosovoda son 3 gündür davam edən leysan yağışları səbəbindən ölkənin mərkəzi küçələri, xüsusilə İpek, Skenderay, Mitroviça və Poduyeva bölgələri su altında qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Çayların daşması nəticəsində bir çox şəhərlərdə evlər və iş yerləri su altında qalıb, Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) qayıqları və hərbi maşınları ilə kosovalılar xilas edilib. Gecə saatlarında xilasetmə işləri davam edərkən vətəndaşlar təhlükəsiz ərazilərə yerləşdirilib. Səlahiyyətlilər ən azı 100 nəfərin təxliyə edildiyini bildirib.

Bundan əlavə, Kosovo Meteorologiya Birliyinin verdiyi yazılı açıqlamada yağışların bir neçə gün daha təsirli olacağı xəbərdarlığı edilib. Kosovo müdafiə naziri Armend Mehaj verdiyi yazılı açıqlamada ölkənin bir çox bölgəsində davam edən leysan yağışları səbəbilə hökumət olaraq hər cür tədbiri gördüklərini və hadisəyə dərhal reaksiya verdiklərini bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button