2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Kriminal avtoritetin oğlu silah və narkotiklə tutuldu – Bakıda (FOTO)

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda növbəti əməliyyat keçiriblər.

Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Əliyev həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Samir Əliyevdən nömrəsi silinmiş “Revolver” tipli tapança, 6 ədəd patron, 3,5 qram heroin aşkar edilib.

Davam etdiriləm əməliyyat zamanı digər Bakı sakini Həsənpaşa Həsənovdan 1 ədəd bıçaq, 3,3 qram heroin götürülüb. Həsənpaşa Həsənov əvvəllər məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, Həsənpaşa Həsənov kriminal aləmdə “Qara Tofiq” ləqəbli Tofiq Həsənovun oğludur. Tofiq Həsənov 2013-cü il avqustun 29-da Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 ünvanında Güloğlan Abbasov tərəfindən qətlə yetirilib.

Məlum olub ki, “Qara Tofiq” dəfələrlə məhkum olunub və həyatının böyük hissəsini cəzaçəkmə müəssisələrində keçirib.

Güloğlan Abbasov Tofiq Həsənovu uşaqlıqdan tanıyıb, qonşuluqda yaşasalar da nəsilləri arasında düşmənçilik olub.

1989-cu ildə Tofiq ov silahından atəş açaraq Güloğlanı, onun dayısı Nəcəf Abbasovu yaralayıb və buna görə bir neçə il müddətinə məhkum olunub, 1992-ci ildə o, azadlığa çıxaraq başladığı işi tamamlayıb və Nəcəf Abbasovu öldürüb.

2011-ci ildə Tofiq Həsənovun oğlu Həsənpaşa xuliqanlıq niyyəti ilə dayısı oğlu Rüstəmi bıçaqlayaraq, yaralayıb. Həsənpaşa ötən il azadlığa çıxmışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Güloğlan Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button