2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kriminallaşan sərəncam

Yalçın İmanov

Prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamında elan olunan əsas istiqamətlərdən biri də cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasıdır (Sənədin 10.1-ci bəndi). Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Ali Məhkəmə və Baş Prokurorluğa tövsiyə edilirdi və Ədliyyə Nazirliyinə tapşırılırdı ki, bir sıra istiqamətlərdə, eyni zamanda bu, yəni, iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması istiqamətində qanun layihələrini hazırlayıb iki ay müddətində prezidentə təqdim etsin. Məlumat üçün deyim ki, iqtisadi fəaliyyət sahəsində cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24-cü fəsilində nəzərdə tutulub və həmin Məcəllənin 38 maddəsini əhatə edir (190-213-3-cü maddələr, mülkiyyət əleyhinə olan cinayətlər isə 177-189-1-ci maddələrdir).

Saytların yığılması Saytlarin yigilmasi

Sərəncam rəsmi təbliğatda insan haqlarının, xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi”, “inqilabi islahat” kimi təqdim edildi.

Əslində isə sənədin cinayət və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan normaların “ən yüksək səviyyədə deklarasiyası”ndan başqa bir şey olmadığı, ağır iqtisadi böhran şəraitində həddən artıq yüklənmiş cəzaçəkmə müəssisələrini boşaltmaq niyyətinə xidmət etdiyi gün kimi aydınıydı.

Üstəlik, ötən iki aylıq müddətdə həbsə alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi, maddi ziyanla bağlı cinayətlərdə vurulmuş ziyan tamamilə ödənildikdə təyin edilən cəzaların xarakteristikası, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının praktik işlənməsində müşahidə olunanlar bu sərəncamın da kağız üzərində qaldığını və yaxud qalacağını böyük ehtimalla düşünməyə əsas verirdi. Budur bu müşahidələrə daha bir zənginləşdirici əlavə detal. Milli Məclisin 7 apreldə keçirilən iclasında iqtisadi fəaliyyət sahəsində cinayətlər fəslinə yeni bir maddə əlavə edildi. Maddənin adı “Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə”dir. Əsla, əlavə edilən dəyişikliyin hüquqi təbiətinə, həqiqi hesab edilən cinayət növlərinin legitimləşdirilməsi və kriminallaşdırılmasına etiraz etmirik. Sadəcə, “inqilabi sərəncam”da əsas prioritetlərdən biri kimi elan olunan iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması fonunda bu fəsilə daha bir yeni maddənin əlavə olunması təəccüb doğurur və anlaşılmazlıq yaradır. Hərçənd elə o vaxt da iqtisadi sahədə cinayətlərin dekriminallaşdırılması niyyəti kifayət qədər suallar doğururdu. İndisə məsələ budur: Ölkədə

vahid hüquq qaydası kimlər, hansı qurum(lar) tərəfindən və necə müəyyən edilir? Bu sahədə qarşılıqlı əlaqə və birgə fəaliyyət mexanizmləri varmı? Yoxsa, hər şey qısamüddətli və ucuz təbliğata hesablanıb? Bir də yeri gəlmişkən, 2014-cü ilin 13 fevralında “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında da bir sərəncam verilmişdi. Orda da üç ay-filan vaxt verilmişdi hansısa qurumlara. Onun axırı necə oldu?…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button