2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Küçə əfsanəsi dünyasını dəyişdi – VİDEO

İdmançının ölüm səbəbi məlum deyil.

Qarışıq və əlbəyaxa döyüş növləri idmanının dünyaca məşhur ulduzu Kimbo Slays dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, 43 yaşlı idmançı ABŞ-ın Florida ştatındakı Koral-Sprinqs şəhərindəki klinikalardan birində dünyasını dəyişib.
“Bu gün bizim qardaşımız dünyadan köçdü” – deyə döyüşçünün agenti Mark Uimber bu barədə məlumat yayıb. İdmançının ölüm səbəbi məlum deyil. Əsl ad və soyadı Kevin Ferqüsson olan Kimbo Slays 1974-cü ildə Baham adalarının paytaxtı Nassau şəhərində anadan olub.  2007-ci ildə rəqibini 19 saniyəyə nokauta salan Kimbo MMA-da debüt edib. Peşəkar karyerasında 6 döyüş keçirmiş Kimbo Slays bu qarşılaşmalardan 4-də qalib gəlib.

Kimbo Slays küçələrdə döyüşür, bunu videoya çəkir və YouTube-da paylaşırdı. Məhz həmin videoların sayəsində Kimbo o qədər məşhurlaşmışdı ki, MMA onu rəsmi döyüşlərə dəvət etdi. Daha sonra o, UFC və “Bellator” assosiasiyalarının təşkil etdiyi matçlara da qatılıb. 2011-ci ildə superağır çəkidə çıxış etməyə başlamış K.Slays keçirdiyi 7 döyüşün hamısında qalib gəlib.
K.Slays filmlərə də çəkilib. O, “Blood and Bone”, “Spring Broke”, “Locked Down”, “Circle of Pain”, “Merry Christmas, Drake & Josh”, “The Scorpion King 3: Battle for Redemption” filmlərində rol almışdı. Kimbo Slays MMA tarixində ən populyar döyüşçülərdən biri, internet sensasiyası idi.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button