2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Kudrin: “ABŞ-ın yeni sanksiyaları Rusiya üçün çox təhlükəlidir”

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin hesab edir ki, ABŞ Konqresinin qəbul etdiyi və prezident Trampın imzaladığı yeni sanksiyalar əvvəlkilərdən daha təhlükəlidir.
“Biz hələlik Konqresin qəbul etdiyi yeni sanksiya qanununun mənasını sona qədər anlamamışıq. İndi nəinki ABŞ şirkətləri və bankları bizim sanksiyaya məruz qalan müəssisələlərlə əməkdaşlıq edə bilməyəcək. Yeni qanuna görə, sanksiyaya məruz qalan müəssisə ilə tərəfdaşlıq edən dünyanın istənilən şirkəti və bankı ABŞ sanksiyalarına məruz qala bilər”, – deyə Kudrin izah edib.
Onun sözlərinə görə, bir çox Avropa şirkəti Rusiya şirkətləri ilə işləməkdən ehtiyat edəcək və tərəfdaşlığı məhdudlaşdıracaq.
Keçmiş nazir artıq yaxın vaxtda Rusiyanın bunun təsirini hiss edəcəyini deyib. Çünki sentyabrın sonunda, oktyabrda qanun qüvvəyə minəcək. Yaxın aylarda isə sanksiyaya məruz qalan şirkətlərin siyahısı genişlənəcək.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button