2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Küləklə “donuz qripi”nin yayılması məlumatına nazirlikdən AÇIQLAMA

Sosial şəbəkələrdə, xüsusən də “WhatsApp” mesencerində küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar yayılıb. Azərbaycan Səhiyyə Nazirliyindən isə bildirirlər ki, yayılan məlumat həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb.

Nazirlik bildirir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir:

Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov güclü küləklə əalqədar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin iki günlük dayandırılması barədə əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.

Əmr bütün ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə aiddir. Eyni zamanda ali məktəblərdə imtahan və kollokviumlar da iki günlük təxirə salınıb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.  Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə  aşağı enəcək. Respublikanın rayonlarında yağıntılı olacağı,  sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın  17-dən 18-ə keçən gecə  respublikanın rayonlarında yolların buz bağlama  ehtimalı var.

Yanvarın  17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button