2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kuşner Kremllə gizli kommunikasiya vasitəsinin yaradılmasını istədiyini deyib

The Washington Post qəzəti bildirir ki, ABŞ prezidentinin kürəkəni və baş məsləhətçisi Cared Kuşner Rusiyanın Vaşinqtondakı səfiri ilə Trampın keçid komandası ilə Kreml arasında gizli kommunikasiya vasitəsinin yaradılma ehtimalını müzakirə edib.

Qəzet cümə günü ABŞ rəsmilərinə istinadən bildirib ki, bu, inaqurassiyadan əvvəl aparılan danışıqların araşdırılmasının qarşısını almaq məqsədi daşıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzetin mənbələri deyib ki, səfir Sergey Kislyak Moskvadakı üstünlərinə Kuşnerin bu təklifi dekabr ayının əvvəlində Nyu York-da yerləşən Tramp Qülləsindəkeçirilən görüşdəs irəli sürüb. Mənbələr bu informasiyanın ələ keçirilən və ABŞ rəsmiləri tərəfindən yoxlanılan Rusiya kommunikasiyasından öyrənildiyini deyib.

Cümə axşamı ABŞ KİV-ləri Kuşnerin Federal Təhqiqatlar Bürosunun (FBI) Trampın kampaniyası ilə Rusiya arasında mümkün gizli razılaşmalarına dair apardığı istintaq çərçivəsində araşdırıldığı barədə məlumat verib.

The Washington Post ötən həftə prezidentə yaxın yüksək vəzifəli Ağ Ev rəsmisinin istintaqın əsas diqqət mərkəzi olduğunu bildirsə də, həmin insanın Cared olduğunu qeyd etməmişdir.

FBI-ın diqqəti Kuşnerə yönəltməsi onun şübhəli olduğu və ya onun FBI-ın Rusiyaya dair apardığı daha genişmiqyaslı istintaqa cəlb olunduğu demək deyil.

Bu, Trampın gözlənilmədən istintaqa başçılıq edən FBI direktoru Ceyms Komini işdən çıxarmasından bir neçə həftə sonraya təsadüf edir.

Ötən həftə baş prokurorun müavini Rod Rosenstin keçmiş FBI Direktoru Robert Muellerin istintaqada başçılıq edən xüsusi məsləhətçi vəzifəsinə təyin edib. Bundan əlavə Konqresin dörd komitəsi də məsələ ilə bağlı ayrı təhqiqat aparır.

Tramp dəfələrlə kampniyası ilə Kreml arasında hər hansı gizli danışıqların aparıldığını inkar edib. ABŞ kəşfiyyatı ilə Rusiya prezidenti Vladimir Putinin Respublikaçıların xeyrinə nəticələnməsi üçün ABŞ seçkisinə müdaxilə etməkdə ittiham edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button