2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Las Veqasda qırğın: konsert gülləyə tutuldu, azı 50 nəfər öldü VİDEO

Las Veqas polisinin verdiyi məlumata görə, bazar gecəsi bir nəfər kountri musiqi konserti zamanı atəş açaraq ən azı 50 nəfəri öldürüb, 400-dən çox insanı yaralayıb. Bu, ABŞ tarixinin ən ölümcül atışma hadisəsidir.

Hadisə yerindən yayılan videoda davamlı silah atəşləri açıldığı, insanların gizlənməyə çalışdıqları və qışqıraraq binanı tərk etdikləri görünür.

Saytların yığılması Saytlarin yigilmasi

Konsert iştirakçılarından biri bu sözləri deyib: “Atəş dayanmadan davam edirdi. Arada çox kiçik fasilələr olurdu. Amma elə təəssürat var idi atəş 20 dəqiqə davam etdi. Hər dəfə pauza olanda biz qaçmağa cəhd edirdik. Mən uzun müddət əmin deyildim ki, bu, həqiqi güllələr idi. Sonra həmin güllələrdən biri yanımızda olan bir şəxsə dəydi.”

Las Veqas polis şerifi Cozef Lombardo atəş açan şəxsin artıq öldürüldüyünü və onun hotel otağında çoxlu sayda silahın olduğu bildirib. Hücum edən şəxs 64 yaşlı Stefen Paddokdur. Polis bildirib ki, Paddokun keçmişi haqqında araşdırma hələ tamamlanmayıb, amma onlar hesab edirlər ki, o təkbaşına idi.

Polis şerifi müxbirlərə deyib ki, atəş açan şəxs konsertin keçirildiyi məkan ilə üzbəüz, küçənin əks tərəfində yerləşən Mandalay Bay kazinosunun 32-ci mərtəbəsidə olub.

Şerif Lombardo deyib ki, polis daha çox məlumat əldə etmək üçün həmin şəxslə bir otaqda yaşayan qadının axtarışında idi.

Konsert zamanı öldürülənlər arasında vəzifə başında olmayan polislər də var idi.

Hadisədən sonra insanlar Las Veqasın məşhur turist məkanında yerləşən bir çox oteldə sığınacaq axtarırdılar. Yaxınlıqda yerləşən Las Veqas Beynəlxalq Hava Limanı müəyyən müddətə bağlanıb (amerikaninsesi.org)

[youtube https://www.youtube.com/watch?v=B7ixInjs0C4?feature=oembed&w=500&h=375]

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button