2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lavrov və Çavuşoğlu görüşdü – “Hər kəs cəzasını alacaq…”

Türkiyədə rus səfirinin öldürülməsindən sonra hər iki ölkənin Xarici işlər naziri Rusiyada görüşüb.

Sergey Lavrov və həmkarı Mövlud Çavuşoğlu səfir Andrey Karlovun ölümünün hər iki ölkənin münasibətini pozmağa yönəldiyini deyib. Rusiya XİN rəhbəri səfirin qətlini alçaq terror hadisəsi adlandırıb. O, hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyəyə minnətdar olduğunu deyib.
Həmkarı ilə söhbət zamanı Mövlud Çavuşoğlu bildirib ki, bu terror aktının törədilməsi və təşkil edilməsinin bütün təfərrüatları tezliklə aydınlaşdırılmalıdır. O, “Andrey Karlovun ölümündə günahkar olan hər kəs cəzasını alacaq. Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı veriləcək ”,-deyib.(Qafqazinfo)
Lavrov və Çavuşoğlu görüşdü -  “Hər kəs cəzasını alacaq...”
Lavrov və Çavuşoğlu görüşdü -  “Hər kəs cəzasını alacaq...”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button