2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lavrov “Yerevan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını yerinə yetirməyi” təklif edir

Bakı/28.12.23/Turan: ABŞ və Aİ Cənubi Qafqaza sülh gətirməyə çalışmır, “Moskvanı sıxışdırmağa çalışır”, RF XİN başçısı Sergey Lavrov belə hesab edir. 

“Hazırda Ermənistan bir sıra təhdidlərlə üzləşir. Həm də Qərb oyunçularının köməyi ilə onların qarşısını almaq mümkün olmayacaq. ABŞ və Aİ, Rusiyadan fərqli olaraq, respublikaya və bütünlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamamilə başqadır – Moskvanı və digər regional dövlətləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynanın ardınca yeni gərginlik mənbəyi yaratmaq”, deyə Lavrov TASS-a müsahibəsində bildirib. 

Rusiya diplomatının sözlərinə görə, “mürəkkəb vəziyyətdən çıxış yolu göz önündədir – Yerevan, Bakı və Moskvanın yüksək səviyyədə əldə etdiyi üçtərəfli razılaşmaları yerinə yetirmək”.  06D

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button