2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

'Liman şəhərində balıqçılar yolu bağlayıblar'


Lənkəran rayonun bir qrup sakininin bu gün, fevralın 12-də, günorta saatlarında Liman şəhəri ərazisindən Qum adasına gedən yeganə nəqliyyat yolunu təqribən 1 saat bağladıqları bildirilir. 

Bu barədə Azadlıq Radiosuna adının çəkilməsini istəməyən bir neçə şəhər sakini məlumat verib. Həmin sakinlərin deməsinə görə, son zamanlar balıqçıların iqtisadi vəziyyəti ağırlaşıb. 

“Etiraz edənlər balıqçılardır. Qum adasında yerləşən İkinci Nərimanabad qəsəbəsindən gəlmişdilər.Liman şəhərinin ərazisindən Qum adasına gedən yolu kəsdilər” – deyə yerli sakinlərdən biri söyləyib. 

Saytların yığılması Saytlarin yigilmasi

 

“Balıq ovlamağa və satmağa inkan vermirlər” 

Onların vurğulamasına görə, Qum adasında yaşayan sakinlərin əsas gəlir mənbəyi balıqçlıqdır.

“Balıq ovlamağa və satmağa inkan vermirlər.İlin bu vaxtında əsasən kütüm ovlayırlar və satırlar,mağazalara olan borclarını ödəyirlər.Qadağa qoyublar.Buna görə də kütüm balığının qiyməti kəskin bahalaşıb.Polislər gəldilər, yolu kəsənləri dağıtdılar, bir neçə nəfəri apardılar” – deyə həmin şəxs qeyd edib. 

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa aidiyyatı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button