2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Lotu Quli”nin yeznəsinin məhkəməsi qapalı keçirildi

Prosesdə hal şahidi ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun bacısının həyat yoldaşıdı. Hakim Ramella Allahverdiyevannın sədrliyi ilə prosesdə jutnalistlərin iştirakına icazə verilməyib. Qapalı keçirilən prosesdə bir nəfər hal şahidi ifadə verib. Başqa bir şahid haqda isə məcburi gətirilmə qərarı çıxarırb.
Növbəti məhkəmə prosesi aprelin 19-na təyin edilib.

Vidadi Hüseynov 2016-cı il aprelin 30-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində həbs edilib. Onun üzərindən 12,360 qram heroin aşkar edildiyi bildirilib və CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik saxlama) maddəsilə ittiham verilib.

İşə Sabunçu Rayon Məhkəməsində, hakim İlqar Abbasovun sədrliyi ilə baxılarkən dövlət ittihamçısı cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. O, istəyini belə əsaslandırıb ki, 12,360 qram çəkidə narkotik vasitə olan heroinin V.Hüseynov tərəfindən satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirməkdə ibtidai istintaq orqanı haqlı olmayıb. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.
Sonradan istintaq orqanı tərəfindən ittiham CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsinə tövsif edilərək baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəlcə Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyətinə verilmişdi. Amma hazırlıq iclasında prokuror Əfqan Hacıyevin bu işə baxmasına etiraz edib. O etirazını belə əsaslandırıb ki, Əfqan Hacıyev hakimlikdən əvvəl vəkil olarkən Vidadi Hüseynovun qayınları Nadir və Müşfiq Səlifov qardaşlarının hüquqlarını müdafiə edib. Prokurorun etirazı qəbul olunub Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button