2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Lukaşenko: “Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”

Belarus prezidenti Aleksandr Lukaşenkonun ötən gün Minskdə çoxsaylı Rusiya media nümayəndələri ilə görüşüb.

24saat.org virtualaz.org-a istinadən xəbər verir ki, Lukaşenko görüşdə bir çox detalları, o cümlədən dövlət başçıları ilə söhbətlərinin detallarını açıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Azərbaycana silah satışına, KTMT-nin baş katibi ilə bağlı qalmaqaldan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətinə görə girdiyi mübahisəyə qədər bir çox mövzulardan danışıb.

Belarus rəsmi KİV-ləri Lukaşenkonun çıxışının stenoqramını yayır. Onun maraqlı açıqlamalarından biri də Azərbaycanın Belarusa təcili borc verməsi ilə bağlıdır. Bu əhvalat bir neçə il əvvəl olmuşdu və Rusiya Belarusu sıxışdıraraq qaza görə yaranan borcun təcili ödənilməsini tələb edirdi. “Qazprom” xəbərdarlıq edirdi ki, borc ödənilməsə Belarusun qaz təchizatını dayandıracaq. Belə vəziyyətdə Belarus prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə əlaqə saxlayıb və bir neçə həftəliyə iri məbləğdə borc xahiş edib. Azərbaycan prezidenti bu xahişi təmin edib və Belarusa təcili kredit verib. Belarus tərəfi borcu tezliklə ödəyib.

Lukaşenko rusiyalı jurnalistlərlə görüşündə Azərbaycanla münasibətlər barədə danışarkən həmin epizodla bağlı bunları deyib: “Daha bir məqam. O vaxt mənə Rusiyaya təcili 900 milyon dollar qaytarmaq lazım idi. Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı. Qazı kəsmişdilər. Mən zəng vurdum: İlham, deyirəm, mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Lakin mənə pul sabaha lazımdır. Mən Putinə 900 milyon dollar verməliyəm. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bilirsiniz, bu çox dəyərlidir. Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə o cümlədən”.

Saytların yığılması Saytlarin yigilmasi
Qeyd edək ki, Lukaşenko Rusiya və Belarusun Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərindən də danışıb.

O, mərhələli həll nəzərdə tutan Rusiya planının mövcudluğunu təsdiq edib.Lukaşenko deyib ki, Serj Sarkisyanın prezidentliyi dövründə bu məsələ Yerevanda KTMT sammiylərindən birində müzakirə olunub.

Belarus və Rusiya birgə mövqe tutaraq, zərurət olarsa, zəmanəti təmin etmək üçün hərbi kontingent göndərməyi vəd ediblər.

“Biz Putinlə birgə mövqe tutduq: Serj, bu 5 rayonu ver. Onları qaytarmamaq nə səbəb var, axı onlar boşdur. O deyir: qaytarsam, onlar orada yol çəkəcəklər, Qarabağı işğal edəcəklər və s. Və biz Putinlə dürüstlüklə söz verdik ki, öz qoşunlarımızı yeridəcəyik, buna imkan verməyəcəyik. O dedi: yox, biz bu addımı atmayacağıq, bunu istəmirik”, deyə Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, bu, onun üçün təəccübverici idi: “Niyə istəmirlər? 5 rayon boşdur. Bu, birinci addımdır. Onda Azərbaycan da, Ermənistanda həm KTMT-də, həm Aİİ-də olardı. Bu, Aərbaycanın bu təşkilatlara daxil olmasına imkan verən şərt idi.

Daha sonra Lukaşenko nizamlanma üçün daha bir təklifdən: Azərbaycandan Ermənistandan keçən qaz kəmərinin çəkilməsindən danışıb.

Onda Azərbaycan prezidenti Lukaşenkoya Ermənistan prezidenti ilə Ermənistandan qaz kəməri çəkilməsi haqqında danışmağı təklif edib. Belarus liderinin sözlərinə görə, Azərbaycan Ermənistana investisya etməyə də hazır idi.

“Və mən Serj Azatoviçin yanına getdim və bunu çatdırdım. Bundan da imtina etdilər”, deyə Lukaşenko bildirib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button