2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mədət Quliyev: Casus şəbəkəsi ilə bağlı məlumatı Müdafiə Nazirliyinə biz vermişik

”Azərbaycana digər dövlətlərin maraqları çoxdu”

Saytların yığılması Saytlarin yigilmasi

Müdafiə Nazirliyinə casus şəbəkəsi ilə bağlı məlumatlar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilib. 

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib:

“Bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi”. 

DTX rəisinin sözlərinə görə, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu: “Təbii ki, burada casuslar da var. Ancaq biz onları zərərsizləşdiririk”.

Xatırlatma

Mayın 3-də Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaymışdı. Sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər. 

Bəyanatda Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button