2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Qubad İbadoğlunun həbs müddətini üç ay uzadıb

Fevralın 15-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı- alim Qubad İbadoğlunun həbs müddətini daha üç ay uzadıb. Bu barədə vəkil Zibeydə Sadıqova bildirib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.

*Xatırladaq ki, Qubad İbadoğlu saxta pul hazırlamaqda (Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi) və dini-ekstremizm xarakterli materialların yayılmasında (167-3.1-ci maddə) ittiham olunaraq həbs edilib. Bu ittihamlar üzrə onu 17 ilə qədər həbs təhlükəsi gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçiləri Qubad İbadoğlunu siyasi məhbus kimi tanıyıblar. Tərəfdarları hesab edirlər ki, onun həbsinin əsl səbəbi Azərbaycan hakimiyyətinin yüksək eşelonlarındakı korrupsiyanı ifşa etməsidir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button