2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məktəbəqədər təhsil müəssisələrinə yeni qəbul qaydaları açıqlandı

Baş nazir Artur Rasi-zadə “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiqləyib.

Qərara əsasən, məktəbəqədər təhsil müəssisəsinə bir yaşdan altı yaşadək (altı yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər.

Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır:

Saytların yığılması Saytlarin yigilmasi

körpələr evi – 1 yaşdan 3 yaşadək;
körpələr evi-uşaq bağçası – 1 yaşdan 6 yaşadək;
uşaq bağçası – 3 yaşdan 6 yaşadək.

Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır.

Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:

müəssisənin müdirinin adına ərizə (ərizənin nümunəsi əlavə olunur);
valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
uşaqların mübadilə vərəqəsi;
uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
uşağın 3×4 sm ölçüdə 2 ədəd fotoşəkli;
uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.

Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul
edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir.

Qaydalara əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button