2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Mərkəzi Bank uçot dərəcəsini yüksəldib

Dekabrın 17-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0.25 faiz artırılaraq 7-dən 7.25-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə AMB-dən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 saxlanılıb, yuxarı həddi isə 8-dən 8.25 faizə çatdırılıb.

Qərar bu gün, dekabrın 17-dən qüvvəyə minir.

AMB-dən izah

AMB bildirir ki, inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır: “Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli, davamlı xarakter alır”.

AMB-ın vurğulamasına görə, daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir: “Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button