2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məşhur biznesmenin oğlu yanaraq öldü

Rusiyanın Moskva şəhərində “Maserati” avtomobili işıq dirəyinə çırpılaraq alışıb.
24saat.org İstipress-ə istinadən xəbər verir ki, maşının sürücüsü hadisə yerində yanaraq ölüb.
Avtomobil moskvalı biznesmenin 26 yaşlı oğlu Artur Moiseyevə məxsus idi. Elə bahalı avtomobili də oğluna atası hədiyyə edibmiş.
Qəza bu gün günorta saatlarında Rostov sahilində baş verib. Yüksək sürətlə hərəkət edən “Maserati” işıq dirəyinə çırpılıb. Dərhal sonra isə yanğın baş verib.
Saytın məlumatına görə, gənc oğlan yüksək sürətlə hərəkət edirdi və kor bağırsağından əməliyyat olunan dostuna baş çəkmək üçün xəstəxanaya gedirdi.
Artıq Federal KİV avtomobilin sahibi Artur Moiseyevin öldüyü barədə məlumat yayıb. Arturun atası Andican Moiseyev mətbəx texnikasının ticarəti ilə məşğul olur. Atanın hadisə yerinə gəlməsinə baxmayaraq, polislər tərəfindən yanmış avtomobilin yanına buraxılmayıb.
Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, sürücünün ölməsinə səbəb yanğın deyil, açıq kəllə-beyin travması olub.
 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button