2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

M.Ə.Rəsulzadənin 137-ci doğum günüdür


Bu gün, yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 137-cı doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı ətrafındakı Novxanı kəndində ruhani ailəsində doğulub. O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb, Moskvadan isə gizlin mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb.

M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilmişdi. Həmin il bu münasibətlə ölkədə bir sıra rəsmi tədbirlər də keçirilib. Amma buna baxmayaraq, bəzi ekspertlər və müxalifət hesab edir ki, M.Rəsulzadəyə ölkədə ögey münasibət var. Onlar Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Ə.Rəsulzadənin büstlərinin götürülməsini buna misal göstərirlər. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button