2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Marshall Fondunun məsləhətçisi Mehriban Rəhimlinin bank hesablarına həbs qoyulub

Amerikanın German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli şəxsi bank hesablarına həbs qoyulduğunu bildirib. Onun sözlərinə görə, hesabı olan iki bankda bu tədbir Kanal-13-ün rəhbəri Əziz Orucovun işi üzrə istintaqla bağlı məhkəmə qərarı əsasında görülüb. Lakin Rəhimli Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, onun bu işə heç bir aidiyyatı yoxdur.

“2018-ci ildən Marshall Fondunun media proqramları olmayıb. Lakin belə proqramlar olsaydı belə, bunun şəxsi hesablara nə aidiyyatı var?”, deyə Rəhimli qeyd edib.

Dünən o, hesabına həbs qoyulması haqqında rəsmi qərarın təqdim edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Lakin ona rədd cavabı verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bankdan yalnız hesablara Səbail Rayon Polis idarəsinin təqdimatı əsasında həbs qoyulduğu haqqında çıxarış verilib. Çıxarışda bu qərarın hansı əsaslarla qəbul edildiyi göstərilməyib.

Rəhimli qeyd edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. O, Marshall Fondunun məsləhətçisi kimi fəaliyyətini Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etməklə həyata keçirir. 

Fond donor təşkilatı kimi Azərbaycanda qeydiyyatdan keçmədiyinə görə təşkilatın yerli tərəfdaşlarla bütün müqavilələri xidmət müqavilələri əsasında bağlanır. Vəsait bank hesablarına daxil olur, onlardan vergilər ödənilir və digər məcburi ödənişlər həyata keçirilir.

Hazırda Marshall Fondu Azərbaycanda qadınların iqtisadi hüquqlarının, vətəndaşların, o cümlədən veteranların sosial hüquqlarının, jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində layihələr həyata keçirir. 

* ABŞ-ın German Marshall Fondu (GMF) 1972-ci ildə təsis edilib, ABŞ və Avropa arasında əməkdaşlıq məsələləri ilə məşğul olan analitika mərkəzidir. Qərargah mənzili Vaşinqtonda yerləşir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button