2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Media haqqında qanun layihəsi parlamentdənkənar müzakirə edilib

Bakı/22.12.21 Bu gün Milli Məclisin təşəbbüsü ilə Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Qanun layihəsi dekabrın 10-da parlamentə təqdim olunub və iki oxunuşda qəbul edilib.

Müzakirələrdə jurnalistlər, media ekspertləri, MEDİA, Milli Televiziya və Radio Şurasının rəhbərləri, parlament komitələrinin rəhbərləri Əli Hüseynli, Zahid Oruc və digərləri olmaqla 20-ə yaxın adam iştirak edib.

Qanun layihəsinin müxtəlif aspektləri, o cümlədən onun Konstitusiyaya, beynəlxalq qanunvericiliyə uyğunluğu, KİV-in lisenziyalaşdırılması, vahid reyestr, jurnalist vəsiqələri və başqa məsələlər nəzərdən keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Dəvət edən tərəf cəmiyyət və dövlət üçün daha mükəmməl və məqbul qanunun qəbul edilməsi məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə iştirak edən media sahəsində hüquqşünas Ələsgər Məmmədli dekabrın 23-də qanun layihəsinin hüquqi aspektləri üzrə məsləhətləşmələrin davam etdirilməsi üçün parlamentə dəvət edilib. –0-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button