Bizim tərcümə

Meksikada avtobus uçuruma yuvarlanıb: 3 nəfər ölüb, 36 nəfər yaralanıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-03 14:32:39

Meksikanın Oaxaka ştatının Sierra Juarez şəhərində magistral yolda baş verən qəzada içərisində 40 nəfərin olduğu sərnişin avtobusu idarəetmədən çıxaraq uçuruma aşıb.

Qəza nəticəsində avtobusa böyük ziyan dəyib, hadisə nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Hadisə şahidləri avtobusun bir neçə dəfə yuvarlandığını və yoldan ən azı 200 metr aşağı düşdüyünü, xilasetmə qruplarının dolanbac yol və avtobusun qəzaya uğradığı yerdən yola qədər məsafədə olması səbəbindən çətin anlar yaşadıqlarını bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisənin səbəbi hələ müəyyən edilməsə də, səlahiyyətlilər hadisənin rayonda yolların döngə olması və sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyini vurğulayır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button