2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Memar Əcəmi” stansiyası qarşısındakı qətlin təfərrüatları -Bacısını görüşə dəvət edibmiş

Bakıda metronun “Memar Əcəmi” stansiyası qarşısında 21 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub.

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, 1999-cu il təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub.
O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.(apa)
***
Bakının Nəsimi rayonu ərazisində, metronun “Memar Əcəmi” stansiyasının qarşısında baş verən qətlin təfərrüatları məlum olub.
Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən  verilən məlumata görə, bu gün saat 14:15-də metronun qarşısında 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov bıçaqlanıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, mərhum Facebook-da bir qızla tanış olub. Onlar görüş yerini “Memar Əcəmi” metrosu yaxınlığında təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxsin hücumuna məruz qalıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. (Ölkə.Az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button