2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Merkel “ikili vətəndaşlıq seçki kampaniyası məsələsi ola bilməz” dedi

Almaniyanın Baş naziri Angela Merkel seçki kampaniyasında partiyasının ikili vətəndaşlıq əleyhinə kampaniya aparmasının müzakirə mövzusu olmadığını bildirib. O, 16 aprel referendumunda Almaniyada yaşayan türklərin böyük bir hissəsinin “avtoritar prezident sisteminə keçilməsi” lehinə səs verməsinin bu məsələyə təsir etməyəcəyini bildirib. Merkel “bizim üçün əhəmiyyətli olan Almaniyadakı uyğunlaşma müddətidir, insanların hansı ölkənin vətəndaşı olması deyil” deyib.
Merkel konstitusiya dəyişikliyi referendumundan sonra Türkiyə ilə münasibətlərin ölçülü şəkildə müəyyən olunmasını bildirib və etirazlarımızı açıqca dilə gətirməliyik, amma eyni zamanda diqqətli davranmalıyıq, çünki Türkiyə ilə yaxşı əlaqələr bizim də xeyrimizədir” söyləyib. Baş naziri Türkiyədə edam cəzasının yenidən qüvvəyə minməsinin isə Avropa Birliyi üzvlüyü ilə əlaqədar müzakirələri anlamsız buraxacağına işarə edib.

Merkelin sədr olduğu Xristian Demokrat Birlik partiyasının rəhbərliyi dekabr ayındakı konqresində vətəndaşlıq qanununun dəyişdirilməsi istiqamətində qərar vermiş, Merkelin bu qərarı bəyənmədiyi də partiya içində reaksiya yaratmışdı. Merkel partiya rəhbərliyindəki bəzi üzvlərin “İslam qanunu” çıxarılması tələblərinə də qarşı çıxmışdı. O, dini icmalar üçün xüsusi qanun çıxarılmasının doğru olmadığını söyləmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button