2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Merkel Putinin dosyesini bu ölkənin kəşfiyyatına ötürüb

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin dosyesini Britaniya kəşfiyyatına ötürüb. Bu barədə “Focus” jurnalı Almaniya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Merkel 2015-ci ildə Britaniya baş naziri Devid Kemeronun şəhər kənarındakı rezidensiyasında bu ölkənin kəşfiyyat, həmçinin əks-kəşfiyyat orqanlarının (MI6 və MI5) əməkdaşları Aleks Yanger və Endryu Parkerlə görüşüb. Söhbət zamanı onlar Merkeli Almaniyada mümkün teraktlar barədə xəbərdar ediblər. Merkel isə öz növbəsində Rusiya prezidentinin dosyesini və Krımdakı vəziyyətlə bağlı analitik materialları qarşı tərəfə təqdim edib. O da bildirilir ki, Merkel bu gizli səfəri və məlum materialları təqdim etməyi barədə Almaniya Federal Kəşfiyyat Xidmətini məlumatlandırmayıb.

Gültəkin

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button