2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Meşəli qətliamının şahidi: “Vaqif Xaçaturyan kənddən çıxmadığımız halda bizi öldürəcəyini deyirdi”

“Meşəli soyqırımının iştirakçılarından olan Vaqif Xaçaturyan kənddən çıxmadığımız halda bizi öldürəcəyini deyirdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Qərb bürosuna Xocalı rayonunun Meşəli kənd sakini, hazırda ailəsi ilə birgə Goranboy rayonunda məskunlaşan Vəli Vəliyev deyib.

O, V.Xaçaturyanın və ailə üzvlərinin Azərbaycan milliyətinə nifrətini Meşəli hadisəsindən öncələr də hiss etdiyini bildirib.

Hər gecə Meşəli kəndinin girişində postda dayandıqlarını və yalnız səhərlər evə gəldiklərini söyləyən kənd sakini həmin hadisələrlə bağlı xatirələrini bölüşüb.

“1991-ci ilin dekabrında səhər saatlarında Alyoşa (soyadını xatırlamır) və Vaqif Xaçaturyan “QAZ-53″ markalı maşına silah-sursat dolduraraq kəndin yuxarı hissəsinə gətirdilər, silahları orada toplaşan ermənilərə payladılar və həmin silahlarla kəndə hücuma keçdilər. Atışma vaxtı Vaqif, Şurik, Narik və Armaris qışqıraraq deyirdilər ki, kənddən çıxın, yoxsa sizi öldürəcəyik”.

Onların yaşadığı Badara kəndinin Meşəliyə qonşu olduğunu bildirən V.Vəliyev buna görə də onların hamısını tanıdığını deyib: “QAZ-53″ün sürücüsü Alyoşa bizim kəndlə Badara kəndinin arasına post qurmuşdu və onlar qoymurdular ki, biz o kəndin ərazisindən öz kəndimizə keçək. Buna görə də əlavə 6 kilometr piyada yolu qət etməklə kəndimizə getməyə məcbur olurduq. Onlar müharibədən çox-çox əvvəl bizimlə düşmənçilik edirdilər”.

V.Vəliyev deyib ki, həmin vaxt V.Xaçaturyanın qardaşı da Xankəndi avtobusunun sürücüsü olub. O, azərbaycanlı sərnişinləri heç vaxt avtobusda əyləşməyə imkan verməyib, həmişə ayaq üstdə saxlayıb, erməniləri isə ayaq üstdə durmağa qoymayıb.

Kənd sakini vurğulayıb ki, həmin vaxt V.Xaçaturyan və digərləri yaşlı, cavan, uşaq və qadın demədən insanları amansızlıqla elə küçənin ortasında qətlə yetiriblər:

“Biz isə əlimizdə olan imkanlarla döyüşürdük. Evləri mərmi atəşinə tutub yandırırdılar. Mənim, xalam oğlunun və qonşuların evləri yanıb kül oldu. Bizim köməyimizə Kosalar kəndinin camaatı və bir də əsgərlər gəldi. Hücuma keçən düşməni geri otuzdurduq. Onlara dəstək üçün Rusiya ordusunun əsgərləri də gəlmişdi. Xüsusi silahları onlara elə ruslar vermişdi. Amma biz həmin hadisədən sonra da kəndimizi tərk etmədik. Xocalı işğal edildikdən sonra kəndi tərk etməyə məcbur olduq. Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların meyitlərini çıxarmaq üçün mən də getmişdim. Bizə meyitləri götürmək üçün mülki geyimlər verildi. Mən orada da ermənilərin vəhşiliyinə bir daha şahid oldum”.

Meşəli qətliamında əli olan V.Xaçaturiyanın saxlanıldığı üçün dövlətimə, əsgərimə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirəm. Meşəli qırğınında Badara kəndinin bəlkə də 90 faiz camaatı iştirak edib. Əlləri bizim camaatın qanına batmış hər kəsin öz cəzasını almasını istəyirəm. Mən onu efirdə görən kimi, tanıdım onu görən kimi əsəb keçirdim ki, bu alçaq hələ yaşayırmış. İnanıram ki, o və digər cinayətkarlar öz cəzalarını layiqincə çəkəcəklər”, – deyə Meşəli kənd sakini Vəli Vəliyev əlavə edib.

Qeyd edək ki, 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı törədilmiş soyqırımı iştirakçılarından biri olan Xaçaturyan Vaqif Çerkezoviç Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri aparılır.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button