2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Məclis və XİN Avropa Parlamentinin qətnaməsini pisləyib

Milli Məclis və Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini pisləyib. 

Toplum TV xəbər verir ki, XİN sözçüsü Ayxan Hacızadə Avropa Parlamentinin Azərbaycanla bağlı müddəaların da əks olunduğu “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı”na münasibət bildirib. 

 

Saytların yığılması Saytlarin yigilmasi

XİN qətnamənin müddəalarını Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının növbəti tərkib hissəsi adlandırıb: 

“Bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır”.

Bu gün Azərbaycan Milli Məclisi də Avropa Parlamentinin qətnaməsiylə bağlı oxşaq bəyanat qəbul edib. 

Milli Məclis Avropa Parlamentini birtərəfli ermənipərəstlikdə və Azərbaycana qarşı qərəzdə ittiham edib. 

Qeyd edək ki, Avropa Parlamentinin plenar sessiyasında, qurumun Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı məruzəçi Devid MakAlister tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat” qəbul edilib. Hesabatda, Azərbaycana qarşı bir sıra iddialar səslənib.

Hesabatda Ermənistana təcavüz olacağı təqdirdə Azərbaycana qarşı sanksiyaların tətbiqinin zəruri olduğu bildirilib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button