2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Mətbuat Günü – həbsdə olan jurnalistlər və bloklanan saytlar

Bu gün, iyulun 22-də Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur.

1875-ci ilin bugünü maarifçi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub.

1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

Sonrakı illərdə Azərbaycanda “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib.

Saytların yığılması Saytlarin yigilmasi

1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat orqanları Kommunist Partiyasının nəzarəti altında olub.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çoxlu sayda qəzetlər dərc olunub. 1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv edilib.

Hazırda ölkədə 5 mindən çox nəşr var. Onların böyük əksəriyyəti hökumətin nəzarəti altındadır. Beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanda tənqidi səslərin boğulduğuna diqqət çəkiblər. Bunun nəticəsi olaraq bu gün Azadliq Radiosuna, Meydan TV-yə, “Azadliq” qəzetinə, 24saat.org, “bastainfo.com”, “criminal.az” və digər saytlara blok qoyulub. Meydan TV ilə əməkdaşlıq edən jurnalstlərin ölkədən çıxışı qadağan edilib.

Jurnaslitlər Seymur Həzi, Əfqan Muxtarlı, blogerlər Mehman Hüseynov, Rəşad Ramazanov həbsdədirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button