2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

MKİ 30 il sonra açıqladı — Yunanısan ASALA-nı dəstəkləyib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bu yaxınlarda 13 milyon məxfi sənədi internetə yükləmişdi.

1987-ci ilə aid sənədlərdə Suriya və Yunanıstanın terror qruplaşmalarını dəstəklədiyi üzə çıxıb.

Sənədlərdə MKİ direktorunun müavini Robert Qeytsə təqdim edilən raport var. Raporta əsasən, Suriya, Yunanıstanın PKK və ASALA və bir neçə terror qruplaşması ilə əlaqələrinin olduğu və dəstəklədiyi üzə çıxıb.

Raportda həm də Yunanıstanda o dövrdə baş nazir olan Andreas Papandreu və onun sədri olduğu “Sosialist Hərəkat Partiyası” hökumətinin ermənilərin ASALA terror qruplaşmasını dəstəklədiyi və ASALA-nın Afinada bir ofisinin olduğu və ofis barədə məlumatların məxfi olduğu qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yunanıstandakı terror hadisələri və terror fəaliyyətlərinə aid sənəddə deyilir: “Xarici terror qruplaşmaları Yunanıstanda da fəaldırlar. Bir neçə qruplaşma dəstəklənir. Bunlar arasında “Hizbullah”, “Ebu Nidal qruplaşması” və “ASALA” var. Yunan hökuməti bu qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaq üçün hərəkətə keçmədi”.

Digər sənədlərə əsasən, Suriyanın o dövrdə iqtidarda olan lideri Hafiz Əsəd PKK terror qruplaşması ilə yanaşı dini radikal qruplaşmaları da dəstəkləyib. Şam iqtidarının terroru Orta Şərqdə istifadə etməyə davam edəcəyi sənəddə vurğulanıb.


Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button