2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moldova Dnestryanı bölgəni işğalda olan ərazi kimi tanıdı

Moldovanın Konstitusiya Məhkəməsi rus hərbçilərin ölkənin Dnestryanı bölgədə mövcudluğunu qanunsuz hesab edib.

Məhkəmə bəyan edib ki, Moldova neytral dövlət hesab olunur və bu neytrallıq onun Konstitusiyası və qanunvericiliyi ilə ziddiyyət təşkil etmir.

Saytların yığılması Saytlarin yigilmasi

O da qeyd olunub ki, Moldova ərazisinin 11 faizi işğaldadır və rus ordusu oradan çıxarılmayıb.

Konstitusiya Məhkəməsi bu qənaətə gəlib ki, neytrallıq prinsipi ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Moldovanın sülhməramlı əməliyyat və təlimlərdə iştirakına mane olmur.

Qeyd edək ki, Moldovanın Liberal Partiyası iki il əvvəl Konstitusiya Məhkəməsinə müraciət edərək rus hərbçilərin Dnestryanı bölgədə mövcudluğunun Konstitusiyaya zidd olması barədə qərar çıxarılmasını xahiş etmişdi.

Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı 80-ci illərin sonlarında başlayıb.

Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması vəziyyəti gərginləşdirən əsas səbəblər olub.

Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldovanın digər millətləri əzmək cəhdi kimi qəbul ediblər.
1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər.

1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib.

Moldova bu qərarı tanımayıb və münaqişə dərinləşərək 1992-ci ildə hərbi müstəviyə keçib. Bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb.

Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button