2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Moldovanın keçmiş prezidenti ev dustaqlığına buraxılıb

Prokuror onun həbs olunmasını istəyib

Kişinyov Məhkəməsi keçmiş prezidenti İqor Dodonu 30 sutka ev dustaqlığına göndərib.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq məhkəmə prosesində prokuror Piotr Yarmalyuk eks-prezidentin həbs olunmasını istəyib.
Bu barədə “NewsMaker” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, ev dustaqlığında olan İ.Dodon sübutları məhv edə və istintaqa təsir edə biləcək.

Prokuror Piotr Yarmalyuk jurnalistlərə bildirib ki, qərardan apellyasiya şikayəti verəcək.

İqor Dodon mayın 24-də passiv korrupsiya (Moldova Cinayət Məcəlləsinin 324-cü maddəsi), siyasi partiya tərəfindən cinayət təşkilatından maliyyə vəsaiti alma (CM-in 181/2-ci maddəsi), qanunsuz varlanma (maddəsi) üzrə saxlanılıb. O, həm də dövlətə xəyanət (CM-nin 337-ci maddəsi ilə ittiham olunub.

Bundan əvvəl İnformasiya və Təhlükəsizlik Xidmətləri Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu ilə birlikdə İ.Dodonun 12 ünvanda olan evində axtarışlar aparıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri axtarışlar zamanı müxtəlif valyutalarda külli miqdarda pul və dəbdəbəli əşyalar aşkar ediblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button