2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moody’s: Hökumət bank sektoruna ÜDM-in 18 faizi qədər vəsait qoyub

”Ölkə iqtisadiyyatı gəlirlərdən iki dəfədən çox məhrum olub”

Saytların yığılması Saytlarin yigilmasi

2015-16-cı illərdə Azərbaycan bank sektoruna dəstək məqsədilə ÜDM-in 18 faizi qədər vəsait yönəldib. 

Bunu Bakıda keçirilən “Moody’s Annual Azerbaijan Summit” adlı tədbirdə “Moody’s” beynəlxalq reytinq  agentliyinin kiçik vitse-prezidenti Pyotr Paklin bildirib:

“Azərbaycanın bank sektorunun həcmi ÜDM-in yarısından bir qədər çoxdur. Bu, o qədər də böyük rəqəm deyil. Yenə də hökumətin bank sektorunun dəstəyi üçün çəkdiyi xərc böyükdür. Hesablamalarımıza əsasən, bank sektorunun dəstəyi üçün xərclənən vəsait ÜDM-in 18 faizinə bərabərdir. Bu vəsait ilk növbədə Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılmasına yönəldilib”, – deyə o bildirib.

Vitse-prezidentin sözlərinə görə, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı qəbul olunan qərar bazar üçün sürpriz olub:

“Bu onu göstərir ki, aidiyyəti qurumlar maliyyə sektorundakı problemləri tam qiymətləndirməyib. Belə olduğu halda dövlət büdcəsindən əlavə vəsaitlərin xərclənməsi qaçılmazdır”.

2015-2016-cı illərdə Azərbaycanın dövlət borcunun kəskin artdığını bildirən analitik deyib ki, 2014-cü ilin sonuna bu göstərici ÜDM-in 11 faizinə, 2016-cı ilin sonuna isə 40 faizinə bərabər olub: 

“Buna baxmayaraq, borcun bu səviyyədə olması Azərbaycan üçün təhlükəli deyil. Azərbaycan borcunu idarə etmək iqtidarındadır. Azərbaycanın valyuta ehtiyatları ÜDM-ə bərabərdir. Bu isə ölkənin ciddi təhlükəsizlik yastığına sahib olmasından xəbər verir”, – deyə P.Paklin qeyd edib.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev deyir ki, Azərbaycan Beynəlxalq Bankı faktiki olaraq çöküb, sadəcə, hökumət bu barədə rəsmi açıqlama verməmək üçün bankın borc öhdəliklərini üzərinə götürüb: 

“Ölkə üzrə verilən kreditlərin 50 faizdən çoxu Beynəlxalq Banka məxsus idi. Ən böyük bank idi. Əmanət və depozitlərin də böyük həcmi burada cəmləşmişdi. Beynəlxalq Bankın həyata keçirdiyi əməliyyatların uzantıları bir çox xarici ölkələri əhatə edirdi. Bu baxımdan kapitallaşma səviyyəsində də Beynəlxalq Bank geniş əlaqələrə və imkanlara malik idi. Bu bankın çökməsi iqtisadiyyat üçün niyə təhlükəli olmasın? Ölkə iqtisadiyyatı bu borcların nə qədər təhlükəli olduğunun fəsadını yaşayır”. 

Nemət Əliyev
Nemət Əliyev.

İqtisadçı bildirir ki, 2015-ci ilin əvvəlindən iqtisadiyyatın kreditləşməsi prosesi dayanıb. Eyni zamanda, iqtisadiyyatın canlanmasına xidmət edən kreditlər geri çəkilir və yenidən geriyə dönüşü təmin olunmur: 

“Yerdə qalan banklar da ağır maliyyə durumunu yaşayır. 2014-cü ilin sonlarından indiyə qədər yerli banklar gəlirlə işləmir və çox böyük sürətlə maliyyə itkiləri verirlər. Depozit və əmanətlər banklardan çıxarılır. Bu, banklara inamsızlığın göstəricisidir. Az müddətdə 9,4 milyardla ölçülən əhali əmanətlərindən 4 milyarda qədəri qalıb. 5 milyarddan çoxu banklardan çıxarılıb. Beləliklə, ölkə iqtisadiyyatı gəlirlərdən iki dəfədən çox məhrum olub.   ÜDM üzrə gəlirlər 76 milyard dollardan 37,5 milyarda qədər azalıb. Bundan əlavə, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun həcmi və kreditləşmə kəskin şəkildə aşağı düşüb”. 

N.Əliyev hesab edir ki, Beynəlxalq Bankın çökməsi ölkə iqtisadiyyatına çox böyük zərbə vurub. 2016-cı ildə ÜDM-nin göstəricisi 2 dəfədən çox azalıb: 

“Cari ilin 4 ayında da tənəzzülü dayandırmaq mümkün olmayıb, proses daha da dərinləşib. Əhalinin sosial həyatındakı mənfi tendensiyalar demoqrafik siyasəti sıradan çıxarıb. Təbii artımda çox böyük təhlükələr yaranıb və bu proses 2011-ci ildən başlansa da, 2012-15-ci illərdə təbii artım göstəricisi təxminən 2,2 faiz aşağı düşüb. 2016-cı ildə 8 faizin üzərinə qalxıb. Bu ilin birinci rübündə isə təbii artım göstəricisi 20 faizdən çox aşağı düşüb. Bunlar təhlükə deyilmi? Görünür, Pyotr Paklinin Azərbaycanın sosial-iqtisadi həyatı barədə tam təsəvvürü yoxdur”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button