2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moskva Ermənistan-Avropa İttifaqı-ABŞ görüşündən narahatdır

Aprelin 5-də keçiriləcək Ermənistan- Avropa İttifaqı -ABŞ görüşü Moskvanı narahat edir, çünki Vaşinqton və Brüssel onun antirusiyayönlü olması barədə açıq danışırlar, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Avropa İttifaqı nümayəndələri bizim tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti Rusiyaya qarşı yönəlib”, – o, öz Teleqram-kanalında yazıb.

Onun sözlərinə görə, belə görüşlər region ölkələrinin əksəriyyətində narahatlıq doğurur, çünki onlar Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə yox, “Qərbin Cənubi Qafqaza girməsinə və orada yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrinin antirusiya gündəminə əməl etməyə məcbur edilməsinə, onların Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına” yönəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button