2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moskvada terror aktı: ABŞ Rusiyanın ittihamlarını qəbul etmir və onları "Ukraynaya qarşı təcavüzə bəraət qazandıran təbliğat" hesab edir

Çərşənbə axşamı Birləşmiş Ştatlar Rusiya məmurlarının Moskva yaxınlığındakı konsert zalına 139 nəfərin həlak olması ilə nəticələnən hücumda Qərb ölkələrinin, o cümlədən Ukraynanın müəyyən rolunun olması haqqında iddialarını təkzib edib.

“Bu, açıq-aşkar yalandır. Bunda Ukraynanın iştirakının heç bir dəlili yoxdur”, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın müxbirinə bildirib.

Çərşənbə axşamı Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov bildirib ki, Moskva terror aktının “Qərb xüsusi xidmətlərinin yardımı ilə islamçı radikallar tərəfindən hazırlandığını” hesab edir.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya məmurlarının, o cümlədən prezident Putinin bu şərhləri sadəcə olaraq Ukraynaya qarşı təcavüzə bəraət qazandırmağı hədəfləyən bir təbliğatdır, deyə Miller qeyd edib.

Dövlət katibi Entoni Blinken də Moskvada törədilmiş terror aktı haqqında danışıb. “Bir neçə gün əvvəl Moskva yaxınlığında baş verən dəhşətli hücum İŞİD-in potensial güc olaraq qaldığını və bizim onunla mübarizə aparmalı olacağımızı xatırladıb”, deyə Blinken çərşənbə axşamı Dövlət Departamentində İraq XİN başçısı Fuad Hüseynlə görüşündə bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button