2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moskvadan kürəyə zərbə: Ankaranın “qırmızı xətt”i TƏHLÜKƏDƏ

Astanada aparılan müzakirələr zamanı Rusiyanın Suriya müxalifətinə təqdim etdiyi yeni konstitusiya layihəsinin qaralamasında Suriya kürdlərinə muxtariyyət verilməsi təklifi yer alıb.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın RBK agentliyi bildirib.

27 maddəlik qaralama mətn Rusiya tərəfindən rəsmi şəkildə açıqlanmayıb. Mətndə həmçinin prezidentin səlahiyyətlərinin azaldılması və parlamentin gücləndirilməsi də yer alıb. Bundan başqa, “Suriya Ərəb Respublikası”nın “Suriya Respublikası” ilə əvəz edilməsi və prezidentin bir müddətə və 7 illik seçilməsi təklif edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin müsəlman olma zərurəti aradan qaldırılır. Administrativ bölgələrin öz dillərini seçmə haqqı təklif edilir.

Rusiya mediasının yazdığına görə, Suriya müxalifəti Moskvanın təqdim etdiyi konstitusiya layihəsini qəbul etməyib. Bunu Suriya müxalifətinin nümayəndəsi Yəhya Aridi söyləyib.

“RİA-Novosti” agentliyinin yazdığına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 27-də Suriya müxalifətinin nümayəndələri ilə Moskvada görüşəcək.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında kürd muxtariyyətinin qurulmasına qəti şəkildə qarşı çıxır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button