2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mosulda ev “dustaqlığında” qalanlar

Britaniyanın “İ” qəzetində Patrick Cockburnun İraqın Mosul şəhərində gedən döyüşlərə görə mühasirədə  qalan mülki əhali ilə söhbət əsasında hazırladığı bir xəbər yer alıb.

İraq qüvvələri keçən həftə Mosulun köhnə şəhər hissəsinə girməkdə olduqlarını açıqlamışdı. Cockburnun telefonla əlaqə saxladığı bölgədə yaşayan vətəndaşlar, qarşıdurmalar üzündən evdən çıxa bilmədiklərini, evlərində qida və suyun çox azaldığını bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Mosulun şərqindən olan 39 yaşlı şəhər sakini Ömər yanacaqları bitdiyi üçün küçə lampalarının sönməkdə olduğunu söyləyib.

Qida, su və yanacaq çətinliyi çəkdiklərini bildirən Ömər “partlayışlar və silah səsləri duyuruq, ancaq kimsə kimin döyüşdüyünü bilmir” deyib.

Ömər keçən həftə İŞID döyüşçülərinin insanları evlərindən çıxmağa məcbur etdiyini, boşaltdığı evlərin divarlarına dəliklər açaraq evdən- evə qaçdıqlarını bildirib. O, “köhnə şəhər bir yeraltı həbsxanası kimidir” söyləyib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button