2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Moteldə keçmiş arvadını yarıçılpaq vəziyyətdə öldürən kişi ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Zəngilan rayon sakini Zöhrab İsmayılovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrii ilə məhkəmə prosesi başa çatıb.

2015-ci il fevralın 16-ı saat 14 radələrində DİN 102 xidmətindən Abşeron RPİ-nin növbətçi hissəsinə 35 yaşlı Zöhrab İsmayılovun Masazır qəsəbəsində yerləşən “ROMİ” motelində keçmiş arvadı Vəfa Abdullayevanı bıçaqla öldürməsi barədə məlumat daxil olub. Hadisə yerinə yollanan əməliyyat qrupunun üzvlərinə sözügedən yerdə özünü könüllü təqdim edən şəxs, istifadə etdiyi qara rəngli, açılıb-qatlanan bıçağı onlara verib.

Təyin edilən məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, 1988-ci il təvıllüdlü Vəfa Abdullayevanın ölümünə- sağ yuxu arteriyanının zədələnməsindən inkişaf edən kəskin qanitirmə səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

İstintaqla müəyyən edilib ki, Zöhrab İsmayılov 2004-cü ildən nigahda olduğu arvadı Vəfa Abdullayevanın başqa kişilərlə telefonla danışmasını və mesajlaşmasını ehtimal edərək, ona xəyanət etməsini düşünüb, boşanmaq barədə ərizə ilə Qaradağ rayon məhkəməsinə müraciət edib. Məhkəmənin 16 oktyabr 2014-cü il tarixli qərarı ilə nigahlarının ləğv olunmasına baxmayaraq, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hüseynov küçəsi 101 ünvanında məskunlaşdığı yataq və mətbəxdən ibarət mənzildə 2 azyaşlı övladları ilə birgə yaşayıblar.

2015-ci il fevralın 16-da keçmiş arvadının tanımadığı şəxslə motelə getməsinin şahidi olan İsmayılov, onun orda cinsi əlaqədə olması qənaətinə gəlib və bu səbəbdən həmin yerə yollanıb. Vəfa Abdullayevanın olduğu otağı müəyyən edən təqsirləndirilən şəxs, qısqanclıq zəmnində soyuq silah sayılan ov bıçağı ilə qadına ümumilikdə 12 ədəd, dərəcəsinə görə həyat üçün ağır zərərvurmaya aid xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Zöhrab İsmayılov ifadəsində, anadan olduğu Zəngilan rayonu 1993-cü ildə işğal olunduqdan sonra bir müddət ailəsi ilə birlikdə İmişli rayonuda məskunlaşdığını, daha 1 ildən sonra Bakıya köçüb Biləcəri qəsəbəsində yaşamağa başladığını göstərib. 2002-ci ildə hərbi xidmətdən qayıdıb, Bakı poladəritmə zavodunda, sonra isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işləyib. 2004-cü ildə Vəfa Abdullayeva ilə ailə həyatı qurub, atası onun üçün yaşadığı evin yanında ev tikib. Nigahlarının ilk illərində arvadı ilə münasibətləri yaxşı olub. Hadisədən il yarım əvvəl oğlu İsmayıl deyib ki, o gecə növbəsində olarkən anası telefonla başqa şəxslərlə danışıb. Zöhrab Vəfadan mobil telefonunu istəməsinə baxmayaraq, arvadı telefonu ona verməyib. Bundan sonra bir neçə dəfə də oğlu, Vəfanın mesajlaşdığını xəbər verdikdə, İsmayılov boşanmaq qərarına gəlib və 1 ildən sonra onlar məhkəmənin qərarı ilə boşanıb. Boşanmalarına baxmayaraq Vəfa ilə eyni evdə yaşamağda davam edib. Dəfələrlə Vəfanın mobil telefonla digər şəxslərlə danışmasının şahidi olsa da, əlindən bir xəta çıxaçağından qorxub, evdən çıxıb gedib.

2015-ci il fevralın 16-da Biləcəri qəsəbəsində yeləşən uşaq poliklinikasının yanından keçəndə Vəfanın poliklinikadan çıxdığını görüb. Əvvəl buna əhəmiyyət verməyib, lakin, sonra görüb ki, o, ağ rəngli “VAZ 2107” markalı avtomaşına oturub, gedib. Həmin maşının üzərində taksi nişanı olmadığından Zöhrab şübhələnib və ona görə taksi avtomaşına oturaraq Vəfanın olduğu avtomobilin arxası ilə yollanıb.

Keçmiş arvadının oturduğu avtomobil Masazır qəsəbəsi istiqamətində hərəkət edərək “ROMİ” motelinin kompleksinin həyətinə daxil olub. Buna görə də, Zöhrab sürücüdən maşını saxlamasını xahiş edib və motelin darvazasının yanında düşüb. Oranın həyətinə girən İsmayılova ofisiant bildirib ki, moteldə olan otaqlar müştərilərə saatı 10 manata verilir. Ofisiantlardan birinin Vəfa ilə tanımadığı kişinin daxil olduğu otağa çay apardığını görən Zöhrab, onun arxası ilə gedib və otağa daxil olub. Vəfanın yataq otağında olan çarpayıda yarıçılpaq, arxası üstdə uzandığını görüb ona yaxınlaşıb və bura gəlməsinin səbəbini soruşub. Cavab olaraq sonuncu onu nalayiq ifadələrlə təhqir edib. Qadının söyüşlərindən əsəbləşən təqsirləndirilən şəxs şalvarının sağ cibindən qatlanan bıçağı çıxardıb, sol dizini çarpayının üstünə qoyub və Vəfanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zenfira Eyvazova qızı Vəfanın əxlaqlı qadın olduğunu və namaz qıldığını qeyd edib. Bildirib ki, Zöhrab Vəfanı aliment ödəməməsi üçün qətlə yetirib.

Məhkəmə prosesində Zöhrab İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs cinayəti, namusunu tapdalanmış hesab etdiyi üçün qısqanclıq zəminində törədib və onun xuliqanlıq niyyəti ilə Vəfa Abdullayevanı qəsdən öldürməsi öz təsdiqini tapmayıb. Bu səbəbdən onun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən 120.1-ci maddəyə tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.İsmayılov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, məhkum və zərərçəkən isə apellyasiya şikayətləri veriblər.

Sumqayıt Apellyasiya Məhkəməsi İsmayılovun şikayətini qismən təmin edib və cəzasını 11 ilə endirib. (aktual.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button