2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mövsüm Səmədov həbsxana rejiminə köçürülür

”Həbsxana rəisi ”Mövsüm Səmədov təhlükə yaradır, dini təbliğat aparır” deyir”

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovun həbsxana rejiminə köçürülməsi üçün məhkəməyə müraciət olunub.

Bu məqsədlə cəzaçəkmə müəssisəsinin rəhbərliyi Qaradağ Rayon Məhkəməsinə təqdimat verib.

Məlumatı ”AzadlıqRadiosu”na Mövsüm Səmədovun vəkili Yalçın İmanov verib.

İlahiyyatçı martın 21-dən xüsusi qərarla kamera tipli otaqda saxlanır. Vəkil bildirib ki, onun iki aylıq cəza müddəti mayın 21-də başa çatır:

”Mövsüm Səmədov bundan sonra da digər məhkumların yanına buraxılmayıb. Ona bildirilib ki, cəzaçəkmə müəssisələrində daxili intizam qaydalarına əsasən, təhlükəsizlik rejiminə keçirilir.

Yalçın İmanov deyir ki, məhkum yalnız özünün şifahi və ya yazılı müraciəti əsasında təhlükəsizlik rejiminə keçirilə bilər. Mövsüm Səmədovun isə belə bir müraciəti yoxdur.

“Cəzaçəkmə müəssisəsində şəxsin həyatına, sağlamlığına digər məhkumlar tərəfindən təhdid, təhlükə olanda bu tədbir görülür. Bu tədbirin müddəti maksimum 30 gündür. Əgər bu müddətdə təhlükə aradan qalxmasa, o halda, şəxsin başqa müəssisəyə köçürülməsi üçün təqdimat verilə bilər. Amma Mövsüm Səmədovda 30 günü gözləməyiblər. Elə təhlükəsizlik rejiminə keçid qərarı verilən gün onun həbsxana rejiminə köçürülməsindən ötrü məhkəməyə də təqdimat verilib. Biz hələ aylar öncə Mövsüm Səmədov heç bir səbəb olmadan ardıcıl “karsa” salınanda bilirdik ki, müəssisə rəhbərliyi onu həbsxanaya əsas yaratmağa çalışır. Dediklərimiz də təsdiqini tapdı”, – Yalçın İmanov bildirib.

Vəkilin sözlərinə görə, 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini ona deyib ki, Mövsüm Səmədov təhlükə yaradır, dini təbliğat aparır. İlahiyyatçı isə heç bir qanunsuz iş görmədiyini, dini təbliğat aparmadığını söyləyib.

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button