SEÇMƏ

Müdafiə Nazirliyinin daha bir xidmət rəisi həbs olunub

Yayımlandı: 28 Sentyabr 2022 12:23

Bu cinayət işi üzrə 100 milyonlarla manatlıq yeyintidən söhbət gedir

2022-ci ilin fevralından Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq nəticəsində daha bir nəfər həbs olunub. Ordunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi olmuş Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham irəli sürülüb.

İndiyədək bu cinayət işi çərçivəsində həbs olunanlar arasında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanov, Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov, Vüsal Əlizadə və digərləri vardı.

Bu cinayət işi üzrə 100 milyonlarla manatlıq yeyintidən söhbət gedir.

Həbs olunan vəzifəlilərin ittihamı qəbul edib-etmədikləri məlum deyil.

Meydan TV

Gözdən qaçırmayın:  Bakıda iranlı qadınlara dəstək: Xameneinin əmmaməsi yandırıldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button