2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müdafiə Nazirliyi: “Kamil Zeynallı əsgərləri sıraya düzə bilməz”

Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.

Sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı idi.

Məsələ ilə bağlı “24saat.org“-un sorğusuna verdiyi cavabda Müdafiə Nazirliyi bildirib ki, Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heş kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.

Xatırladaq ki, son günlər K.Zeynallı həm də Azərbaycan əsgərini sıraya düzərək müxalifətçi liderlərdən olan Tofiq Yaqublunun da ünvanına təhqiramiz ifadələr işlədib.

Əlbəttə, belə olan təqdirdə Kamil Zeynallının “Facebook” profilindən götürərək təqdim etdiyimiz videgörüntülərin necə ərsəyə gəldiyi, harda və hansı əsasla çəkildiyi barədə suallar açıq qalır.

“24 saat”

Kamil Zeynallının “Facebook” profilindən götürülmüş görüntülər

Kamil Zeynallının əsgərləri sıraya düzdüyü mənzərə
Kamil Zeynallının əsgərləri sıraya düzdüyü mənzərə

Kamil Zeynallının əsgərləri sıraya düzdüyü görüntü
Kamil Zeynallı döyüş texnikasının üzərində
Sosial şəbəkə istifadəçisi Kamil Zeynallı
Kamil Zeynallı hərbi hissənin silah anbarından çəkiliş edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button