2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətGündəm

Müdafiə nazirliyindən səfərbərliklə bağlı AÇIQLAMA

esger8“Cəbhəboyu ərazilər ordumuzun tam nəzarəti altındadır. Hələ ki səfərbərliyə ehtiyac yoxdur”. Bunu Sputnik-ə açıqlamasında Müdafiə nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.

Dərgahlının sözlərinə görə, hazırda yüzlərlə ehtiyatda olan əsgər və keçmiş döyüşçülər cəbhəyə könüllü yollanmaq üçün Müdafiə nazirliyinə müraciət edib:

“Cəbhədə vəziyyət gərginləşəndən sonra müdafiə nazirliyinin paytaxtdakı və bölgələrdəki şöbələrinə yüzlərlə müraciət daxil olub. Keçmiş döyüşçülər, o cümlədən ehtiyatda olan əsgərlər könüllü şəkildə cəbhəyə yollanıb döyüşmək istədiklərini bildiriblər”.

Saytların yığılması Saytlarin yigilmasi

Müdafiə nazirliyinin sözçüsü Vaqif Dərgahlı həmin insanlara vətənpərvərliklərinə görə minnətdar olduqlarını, lakin hələlik buna ehtiyac yaranmadığını qeyd edib.

“Könüllü surətdə döyüşmək üçün nazirliyimizə müraciət edən vətəndaşlara dövlətimiz adından minnətdarlığımızı bildiririk. Azərbaycan silahlı qüvvələri hazırda cəbhənin bütün istiqamətlərində nəzarəti tam həyata keçirir və düşmənə layiqincə cavab verir. Ona görə də, hazırda səfərbərlik və könüllü döyüşçü qəbuluna ehtiyac yoxdur” – deyə, Dərgahlı əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button