2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Nəqliyyat Nazirliyinin “İveco” tələbi sahibkarları şoka salıb

 

Banka borclu sahibkarlar yenidən borclandırılır

Nəqliyyat Nazirliyi nəqliyyat sektorunda fəaliyyət göstərən sahibkarlar qarşısında yeni tələblə çıxış edib. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, nazirlik paytaxt daxilində sərnişin daşıma  fəaliyyəti olan məşğul şəxslərə avtobus parkını “İveco” markalı avtobuslarla əvəzləməklə bağlı göstəriş verib. Bildirilib ki, qısa zamanda xətlərdəki avtobusları “İveco” markalı nəqliyyat avsitələri ilə əvəzləməyən sahibkarların fəaliyyətinə xtam verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin sözlərinə görə, nazirliyin sahibkarlar qarşısında qoyduğu “İveco” tələbi iş adamlarını şoka salıb. Məsələ ondadır ki, təxminən bir il bundan öncə nazilik paytaxtda fəaliyyət göstərən avtobusların “Daewoo” markalı müasir avtobuslarla əvəzlənməsi ilə bağlı göstəriş vermiş və bu göstəriş iş adamları tərəfindən banklara borclanmaq hesabına həyata keçriilmişdi. Bu günsə Nəqliyyat Nazirliyi “Dawvoo” markalı avtobuisların “İveco”larla əvəzlənməsini tələb edir ki, bu tələbi həyata keçirməyə sahibkarların maliyyə durumu imkan vermir.

İş adamları hesab edir ki, nazirliyin az qala hər il onlara yeni avtobuslar aldırması sahibkarların məqsədyönlü şəkildə müflis etdirilməsi deməkdir.

Mənbənin məlumatına görə, artıq bir çox sahibklar Nəqliyyat Nazirliyinin son tələbindən sonra bu sahədəki fəaliyyətlərinə xitam vermək və biznes fəaliyyətlərini digər sferalardan davam etdirmək haqqında düşünməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button