2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

106 ailənin evsiz qalmasının ŞOK SƏBƏBİ

Bu günlərdə 24saat.org saytının elektron ünvanına Nərimanov Rayon İcra Hakimiyyətni və Azərbaycan Gözdən Əlillər Cəmiyyətini (AGƏC) kifayət qədər ciddi qanun pozuntularında ittiham edən şikayət ərizəsi və bu ərizəyə qoşulan möhürlü rəsmi sənədlər daxil olub.

Biz də şikayətçi şəxslərlə əlaqə yaradıb yaradılmış problemi yerində öyrənmək məqsədi ilə Nərimanov rayon ərazisində onlarla görüşdük.

Görüş əsnasında şikayətçilər bildirdi ki, 106 nəfərə yaxın şəxs Nərimanov İH və AGƏC tərəfindən aldadılaraq evsiz-eşiksiz qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar iddia edir ki, Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyevin təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan Nərimanov rayonu, Faiq Yusifov, 40 ünvanında tikilən binadan mənzil almaq üçün Respublikanın müxtəlif regionlarından gözdən əlil olmayan 106-a yaxın kasıb ailələrdən 8 milyon manat pul müxtəlif təbəqələrdən olan dövlət məmurları tərəfindən mənimsənilib.

Fərzəliyev Abdin - Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı
Fərzəliyev Abdin – Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı

Bu məqsədlə Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev tərəfindən dövlət məmurlarının vəzifələrindən sui-istifadə edilərək, rayon icra aparatının müvafiq qurumlarının, Nərimanov RPİ-nin, AGƏC-nin sədri Səmyar Abdullayevin və s. iştirakı ilə əsassız dövlət sənədləri hazırlanmış, həmin ailələr qanunsuz olaraq Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən AGƏC-yə məxsus yataqxanaya əlil kimi qeydiyyata alınmış, NRİH-nin başçısı Abdin Fərzəliyevin sərəncamları ilə əlil kimi mənzil növbəsinə götürülüb.

“Sonradan aydın oldu ki, adlarımıza tərtib olunmuş dövlət sənədləri bizim kimi kasıb ailələrin pullarına sahib olmaq məqsədi daşıyıb”.

Göstərilən səbəblərdən “infakt, insul və s. kimi” xəstəliklərə düçar olmuş, hətta intihar vəziyyətlərinə çatdırılmış bu ailələr acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında, ən yaxşı halda isə kirayələrdə yaşayırlar.

Daha geniş məzmunda Azərbaycan Respublikasının ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarına – Azərbaycan Respublikasının Prezidentinə, onun xanımı Mehriban Əliyevaya, Prezident Administrasiyasının struktur vahidlərinə, Baş Prokurora və prokuroluğun bütün struktur vahidlərinə, Daxili İşlər Nazirinə, Təhlükəsizlik Nazirinə, Milli Məclis aparatının strukturur vahidlərinə və komitələrinə, Ambutsmana və bütün digər məmurlara yollanılan şikayət ərizələrinə baxmayaraq uzun aylardır ki, heç bir təsirli tədbir görülməyib.

Səmiyar Abdullayev - AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİNİN SƏDRİ
Səmiyar Abdullayev – AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİNİN SƏDRİ

Eyni zamanda pulları mənimsənilmiş kasıb ailələr iddia edir ki, bu orqanlar tərəfindən şikayətimizə baxılıb tədbir görülməsi əvəzinə “kasıb ailələrin evlərinə daxil olaraq pullarını mənimsəmiş” dövlət məmurlarına – icra başçısı Abdin Fərzəliyevə, AGƏC-nin sədri Səmyar Abdullayevə və s. şəbəkə halında himayədarlıq edilir, sosial vəziyyətləri çətin olan insanların pulu üzərində baş vermiş dövlət məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur. Baki şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti isə bizim pullarımıza tam sahib olmaq məqsədilə bizə qarşı yalan məlumatlar yaymaqla şər-bohtan kompaniyasına başlamış, hətta vətəndaşlıq qeydiyyatımızı da ləğv etdirdiyi üçün referendumda iştirak hüququndan məhrum etmişdir.

Məhz bu səbəbdən korrupsiya və məmur dələduzluğunun qurbanları şikayətlərini müxtəlif ölkələrinin dövlət baçılarına və beynəlxaq qurumlara da yollayıblar.

11a

12
13

Hazırda ümidi əcnəbi təşkilatlardan gözləyən vətəndaşlar iddia edirlər ki, onların aldadılmasında ən həlledici məqam digər vətəndaşların xırda beh verərək 2 gün müddətində Fətəli xan Xoysk küçəsi 123A ünvanda yerləşən Gözdən Əlillərinin yataqxanasına qeydiyyata düşmələri və bundan dərhal sonra Nərimanov İH başçısı Abdin Fərzəliyevin imzası ilə təsdiq olunmuş sərəncamın adlarına verilməsi olub.

Vətəndaşlar iddia edirlər ki, onları aldatmaq üçün ölkə başçısının çıxışlarının birində “sosial vəziyyəti çətin olan şəxslərə dövlət qayğısının artırılması ilə bağlı” və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin “əlillərin cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi üçün əlillər də fiziki cəhətdən sağlam olan insanlarla eyni binalarda yaşamalıdır” deyərək verdiyi təkliflərdən də istifadə olunub.

Bütün bunlardan sonra dövlətin sosial vəziyyəti çətin olan şəxslərə yardım edəcəyinə heç bir şübhələri qalmadığından evlərini dəyər-dəyməzinə satan, banklardan kredit alan, dövlət lahiyələrinə əsasən evləri sökülmüş və s. vətəndaşlar İH adından pul yiğan və qısa müddətdə Fərzəliyevin imzası ilə təsdiqlənmiş, İH tərəfindən dövlət qeydiyyatına alınmış sərəncamları verən Məzahir Nəsibova tələb etdiyi məbləği veriblər. Bu insanlar otaq sayına müvafiq olaraq 12 mindən 100 min manatadək pul ödənişi edərək (ödənilmiş pul barədə qəbz evin orderi ilə birgə verilməli imiş) yuxarıda göstərilən ünvana həm qeydiyyata düşüblər, həm də NRİH başçısı A. Fərzəliyevin imzası ilə onlara tikilməkdə olan binadan ev növbəsində olmalarına dair sərəncam verilib.

Bundan sonra dəfələrlə Nərimanov RİH-də olduqlarını bildirən şikayətçilər iddia edir ki, icra hakimiyyətində hər zaman onlara ev veriləcəyi bildirilib və əlavə olaraq onlara verilən sərəncamların da İH-ın kompyuter bazasında olan sərəncamlarla eyni olduğu təsdiqlənib.

MƏZAHIR NƏSİBOV İZ AZDIRIR

24saat.org saytının əməkdaşları ilə söhbətlərində şikayətçilər qeyd ediblər ki, bütün pullar Məzahir Nəsibov adlı şəxsə verilməyib. Onların sözlərinə görə, M. Nəsibov adlı şəxsin özünün də “maklerləri” olub.

Həm Məzahir, həm də onun “maklerləri” pulu “qurbanlarından” alan zaman onu Abdin Fərzəliyevin yaxın adamı kimi təqdim etsələr də, M. Nəsibov Almaniyaya yerləşdikdən sonra yolladığı video görüntüdə aldığı pulları, Abdin Fərzəliyevə çatdırılması üçün AGƏC Səmiyar Abdullayevə və onun işçisi Hikmət Şükürova verdiyini iddia edib.

O, açıqlamasında daha sonra Nərimanov RİH “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” şöbəsində məsləhətçi vəzifəsində çalışan Yomətdin Şıxəliyevin də adını çəkərək qeyd edir ki, Hikmət rayonda olanda 100 min, 120 min pulu başçıya çatacaq adı ilə Yomətdinə vermişəm.

Şikayətçilər isə iddia edir ki, Məzahir Nəsibovun bu açıqlaması Abdin Fərzəliyevi qorumaq üçün hazırlanıb:
“Məzahiri Almaniyaya Abdin Fərzəliyev özü yollayıb. Daha sonra da, onun tapşırığı ilə bu açıqlama yayılıb. Məzahir kim idi ki, 2 gün ərzində bizi özümümzün iştirakımız olmadan harasa daimi qeydiyyata aldırsın, heç bir ərizəmiz olmadan bizim ev növbəsində olduğumuzu təsdiqləyən sərəncamlar verdirsin?!”

Şikayətçilərin bizə təqdim etdiyi sənədlərdən məlum olur ki, bəzi hallarda “qurbanlar” Fətəli xan Xoysk küçəsi 123A ünvanda yerləşən Gözdən Əlillərinin yataqxanasına qeydiyyata düşmədən onların adına sərəncam verilib.

Bu yerdə onu da qeyd edək ki, şikayətçilər əlil adı ilə ev növbəsinə götürüldüklərini bütün işlər pozulduqdan sonra biliblər.

İŞLƏR NECƏ POZULDU?

24saat.org saytına danışan şikayətçilər iddia edir ki, Nərimanov rayonu ərazisində tikilən və Prezident İlham Əliyevin açılışını edərək orderlərini payladığı binanın inşası zamanı orada “Gözdən əlillərə və sosial vəziyyəti yaxşı olmayan vətəndaş üçün tikilən bina” məzmunlu yazılar basdırılıb. Bununla da evlərinin yerini dəqiq öyrənən vətəndaşlar Prezidentin açılış zamanı söylədiyi nitqi eşidən zaman şok olublar. Çünki cənab Əliyev orderləri gözdən əlil şəxslərə verməzdən əvvəl xüsusi ilə qeyd edib ki, bu binada yalnız və yalnız gözdən əlil şəxslər məskunlaşacaq.

Prezident İlham Əliyev Nərimanov rayonu ərazisində bir qrup gözdən əlil vətəndaşa evlərin orderini təqdim edir
Bundan sonra adlarına verilən sərəncamlar qısa müddətdə ləğv edilib və aldadılmış vətəndaşların heç bir şikayətinə baxılmayıb.

Ərizə ilə ölkə başçısına və digər səlahiyyətli qurumlara müraciət edən şəxslər xahiş edir ki, Abdin Fərzəliyevin, ona şəbəkə halında himayədarlıq (krışaliq) edən ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarının məmurlarının qanunsuz hərəkətləri barədə tədbir görülməsini və onlara vurulmuş zərərin ödənilməsinə köməklik göstərilməsini təmin etsinlər.

Aşağıda təqdim etdiyimiz cədvəldə şikayətçilərdən bəzilərinin verdiyi pulun məbləği, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verildiyi iddia olunan sərəncamın tarixi və vətəndaşların imzası əksini tapıb:

prezident%c9%99-muraci%c9%99t

prezident%c9%99-muraci%c9%99t2

prezident%c9%99-muraci%c9%99t3

24saat.org saytı olaraq ümid edirik ki, yayımladığımız bu yazıdan sonra aldadılaraq 8 milyon manatı əllərindən alınan və 2012-ci ildən bəri evsiz-eşiksiz qalan, öz dövlətimizdə vətəndaşlıq qeydiyyatı olmadan, hüquqsuz və müdafiəsiz qalan 106 ailənin fəryadı eşidiləcək, onların haqlı tələbləri qanunauyğun şəkildə təmin olunacaq.

1

2

5

3

4

Məsələ ilə bağlı 24saat.org saytına münasibət bildirən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov bunları söyləyib:

“Biz birbaşa başçı Abidin Fərzəliyevin təşəbbüsü ilə 1 ildən artıq ki, bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişik. Onlar da işi baxılması üçün Nərimanov rayon prokurorluğuna və polis idarəsinə göndəriblər.

Əslində, Məzahir adlı bir dəllal (Məzahir Nəsibov nəzərdə tutulur – red.) bu insanları küçədən tutaraq aparıb binanı çöldən-çölə onlara göstərib. Həmin bina Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin elan etdiyi tenderin qalibi olmuş şirkət tərəfindən tikilib. Nərimanov İH-ə bu binanın yalnız yerləşdiyi ərazi baxımından aidiyyatı var.

Biz həmin şəxslərdən 50 nəfəri ilə görüşmüşük. Bu zaman məlum olub ki, həmin şəxs bu vətəndaşları binaya apararaq onlara bildirib ki, üçüncü mərtəbə səninki, beşinci mərtəbə səninkidir və s. Hətta orada tikinti podratçısı ilə hansısa cinayət əlaqəsinə girərək mənzillərə qalxıb baxıblar. Bu münvalla həmin adamları aldadaraq qanunsuz yolla böyük məbləğlərdə pullar əldə edib. Burada çox maraqlı məqam budur ki, həmin şəxsləri Gözdən əlillər Cəmiyyətinin yataqxanasına qeydiyyata salıblar. Amma bu zaman onları gözdən əlil olaraq deyil, ümumi əsaslarla qeydiyyata salıblar.

Sual oluna bilər ki, bəs onların hər birinin əlindəki sərəncam var axı? Bəli var. Bu vətəndaşlar yataqxanada yaşadıqlarına və evlərinin olmadığına dair (və digər tələb olunan sənədləri) arayış gətirərək ev növbəsinə dayanmaqla bağlı ümumi qaydada müraciət ediblər. Biz bu gün də belə müraciətləri qəbul edirik. Hazırda Nərimanov rayonu ərazisində 3500-dən çox adam ev növbəsinə yazılıb və bu gün də bu proses davam edir.

Bu məsələdə sırf Məzahir adlı həmin şəxsin cinayət əməli var və bununla bağlı Baş Prokurorluqda cinayət işi açılıb. Amma o adam ailəsini, uşağını, hətta bizdə olan məlumata görə, qaynatasını da götürərək Almaniyaya qaçıb.

Bu şəxslər dəfələrlə Prezident Adminstarsiyasında, Baş Prokurorluqda, rayon icra hakimiyyətində, rayon polis idarəsində, rayon prokurorluğunda qəbulda olublar. Maraqlısı budur ki, dediyiniz 106 nəfərdən bu günədək cəmi 6 nəfəri rayon polis idarəsinə gedərək izahat verib. Mən onların nömrəsini tapıb bir-bir zəng vurmuşam onlara ki, rayon polis idarəsində cinayət işi açılıb, Baş Prokurorluq tərəfindən nəzarətə götürülüb – gedin harada, necə pulu verdiyinizlə bağlı izahat verin.”

Şahmar İbadov Məzahir Nəsibovun videomüraciətinə də toxunaraq qeyd etdi ki, ona dəfələrlə baxmışıq, boş bir şeydir.

Məsələ ilə bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev bildirdi ki, biz cəmiyyət olaraq və mən şəxs olaraq bu işlərin, mənə atılan bu böhtanların iştirakçısı olmamışam.
“Heç kimdən pul almamışam, heç kimə vəd verməmişəm. Biz binanın tikintisində də iştirak etməmişik, bu hüququmuz da yoxdur. Sadəcə 11 rayon icra hakimiyyəti ilə birlikdə mənzillərin bölgüsündə iştirak etmişik. Orada da 132 birinci və ikinci qrup gözdən əlil vətəndaşa ev verilib.

Bunların heç bir əlilliyi yoxdur. Bina istifadəyə verildikdən sonra ortaya çıxıblar ki, biz Məzahirə pul vermişik. Məzahir dələduzun biridir, aldadıb onları. Bunu onlar özləri də bilirlər.”

Yazıda adı çəkilən şəxs və qrumların əlavə mövqeyini dərc etməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button