2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Nəvələri nənələrinin qocalar evində döyüldüyündən şübhələnərək gizli kamera quraşdırmağa qərar veriblər

ABŞ-ın Qarlend şəhərindən olan 98 yaşlı Minni Qrem qocalar evində yaşayırdı.

 

Minni günlərin birində nəvələrinə tibb bacılarının ona pis münasibət bəslədiyini, hətta bəzən döydüklərini söyləyib. Qadının bədənində aldığı zərbələr səbəbindən göyərtilər sezilməyə başlayıb. Lakin bütün bunlar yaşlı qadının sözləri olduğundan heç kəs inanmazdı. Deyilənlərin həqiqiliyini təsdiqləmək üçün nəvələr Minnini palatasında gizli kamera quraşdırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

 

 

Qadının qaldığı palatada baş verənləri görənlər şoka düşüblər. Tibb bacıları var gücü ilə köməyə çağıran nənəni açıq şəkildə döyüblər. Bununla belə işçilər dil çıxararaq onu lağa qoyublar.

 

 

Nəticədə qadınlar işdən azad edilərək məhkəmə qarşısına çıxarılıb. Lakin bir müddət sonra azadlığa buraxılıblar. Onlardan biri hazırda oxşar müəssisədə tibb bacısı olaraq işləməkdə davam edir.

 

 

Minniyə gəlincə, qadın hadisədən iki həftə sonra ölüb.  Qohumlarının sözlərinə əsasən, o sadəcə “bundan sonra yaşamaqdan imtina edib”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button