2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Narkomafiyanı ifşa edən jurnalist qətlə yetirildi

Meksikada jurnalist Xavyer Valdes qətlə yetirilib.

Narkoticarətçiləri ifşa edən yazıları ilə tanınan jurnalist Kulyakan şəhərində – işlədiyi redaksiyanın yaxınlığında güllələnib. Valdes məlum yazılarına görə 2011-ci ildə Jurnalistləri Müdafiə Komitəsinin mükafatına layiq görülmüşdü.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistin qətlinin onun peşə fəaliyyəti ilə bağlı olduğu bildirilir. 30 illik jurnalist fəaliyyəti dövründə Valdes həm narkoticarəti, həm də Meksikadakı mütəşəkkil cinayətləri araşdırmışdı. Prezident Enrike Penye jurnalistin qətlini pisləyərək onun ailəsini və iş yoldaşlarını mühafizə ilə təmin edəcəklərini bəyan edib.

Qeyd edək ki, bu ilin martında Meksikada narkomafiyadan yazan daha bir jurnalist – Miroslava Briç qətlə yetirilmişdi.

1992-ci ildən bu yana isə ölkədə öldürülən jurnalistlərin sayı 40-dan çoxdur.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button