2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

NATO Rusiyanı ‘böyük və birbaşa təhlükə’ elan etdi

NATO Rusiyanı öz üzvlərinin asayiş və təhlükəsizliyi üçün “böyük və birbaşa hədə” elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 29-da NATO ölkələri liderlərinin Madriddə keçirilən sammitində alyansın baş katibi Yens Stoltenberq deyib ki, bu görüşdən məqsəd II Dünya Müharibəsindən sonra yaranmış ən böyük təhlükəsizlik böhranının aradan qaldılmasıdır.

Sammitdə qəbul edilmiş bəyanatda deyilir ki, Rusiyasnın Ukraynaya müdaxiləsi Avropada II Dünya Müharibəsindən sonra oturuşmuş təhlükəsizlik nizamını dramatik şəkildə pozub.

Alyans bəyantında habelə Ukraynaya “siyasi və praktik dəstəyini” daha da artıracağını bildirib.

Stoltenberq çıxışında deyib ki, Ukrayna öz müstəqilliyi uğrunda, amma həmdə Qərb dəyərləri və təhlükəsizliyi uğörunda mübarizə aparır.

Lakin Ukrayna prezidenti Volodimir Zelenski NATO sammitində visdeomüraciətində Moskvanın məğlub edilməsi üçün alyansdan daha böyük dəstək və daha çox silah istədiyini bəyan edib.

Zelenski vurğulayıb ki, Ukraynanın daha mükəmməl silahlara və əlavə maliyyə dəstəyinə ehtiyacı var.

O əlavə edib ki, Moskvanın ambisiyaları onun ölkəsi ilə başa çatmayacaq:

“Biz Rusiyanın artilleriya üstünlüyünü dayandırmalıyıq. Bizim daha müasir silahlara, daha müasir artilleriyaya ehtiyacımız var. Bu, Rusiyanın təkcə Ukraynaya qarşı müharibəsi deyil. Bu, Avropada öz şərtlərini diqtə etmək hüququ, gələcək dünya nizamı uğrunda müharibədir”.

Finlandiya və İsveçə üzvlük protokolları verildi

NATO liderlərinin birgə bəyanatında deyilir ki, alyans iyunun 29-da Finlandiya və İsveçi üzvlüyüə dəvət edir:

“Bugün biz qərara gəldik ki, Finlandiya və İsveç NATO üzvü olsunlar və onlarla üzvlüyə qəbul protokolları imzalansın”.

Onilliklərdir ki, neytral mövqe tutan Finlandiya və İsveç Rusiyanın Ukraynaya səbəsiz və haqsız hücumundan dərhal sonra öz təhlükəsizliklərinin təminatı üçün NATO üzvlüyünə müraciət ediblər.

Onların üzvlüyünə Türkiyə blok qoymuşdu. Ankara bu iki Skandivaya ölkəsini kürd yaraqlıları himayə etməkdə günahlandırırdı.

Lakin Türkiyə, Finlandiya, İsveç və NATO arasında altı həftə davam edən danışıqlardan sonra Ankara müəyyən şərtlər və qarantiyalarla vetosunu geri götürüb.

Stoltenberq deyib ki, o Finlandiya və İsveçin NATO üzvlüyü üçün razılıq protokollarının üzv ölkələrin parlamentlərində çevik bir şəkildə ratifikasiya olunacağına inanır.

Göydə, yerdə, dənizdə – hər yerdə NATO

Bundan əvvəl sammitdə çıxış edən ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış yeni təhlükələrlə bağlı Birləşmiş Ştatlar Avropadakı hərbi mövcudiyyətini gücləndirəcək.

Bayden vurğulayıb NATO Avropada bütün istiqamətlərdə – quruda, havada və dənizlərdə möhkəmləndiriləcək.

24 saat” “
NATO Rusiyanı ‘böyük və birbaşa təhlükə’ elan etdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button