2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Nazarbayevin adamlarının qanunsuz yığdığı milyonlar qaytarılır

Keçmiş prezidentin bir sıra qohumları yüksək vəzifələrdən ya çıxarılıblar, ya da istefa veriblər. Bəziləri korrupsiya ittihamları ilə həbs olunub

Saytların yığılması Saytlarin yigilmasi

Bir ay öncə Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevin və ona yaxın şəxslərin oğurladığı bildirilən pulların aşkarlanması və qaytarılması üçün xüsusi komissiya yaradılmışdı. Komissiya 230 milyard tenge (416 milyon dollar) vəsaitin qaytarıldığını açıqlayıb.

Qohumlar

Qurumun iyulun 18-də yaydığı məlumata görə, Baş Prokurorluq bu istintaqların bəzilərini nəzarətinə alacaq.

Nazarbayevin həbsdə olan bacısı oğlu Qayrat Satibaldi və onun keçmiş həyat yoldaşı Gülmira Satibaldi, Nazarbayevin qızının keçmiş qayınatası Qayrat Boranbayev, Nazarbayevin kiçik qızı Aliyaya bağlı Operator ROP şirkətinin liderləri, eləcə də Milli Təhlükəsizlik Komitəsinin (KNB) keçmiş rəhbəri Kərim Məsimov və onun üç keçmiş müavininə qarşı işlər bu sıraya daxildir.

Prezident Qasım-Jomart Tokayev iyunun əvvəlində deyirdi ki, o, “ölkə sərvətinin böyük hissəsini qanunsuz ələ keçirmiş dar bir dairənin” “Qazaxıstandan qanunsuz çıxardığı nağd pulun qaytarılması üçün” komissiya yaradıb.

İyunun 5-də Nazarbayev və klanının siyasi səhnədən çıxarılmasını hədəfləyən konstitusiya dəyişiklikləri üzrə referendum keçirilib.

Kütləvi etirazlardan sonra…

30 ilə yaxın neftlə zəngin ölkəni idarə etmiş Nazarbayev 2019-cu ildə prezidentlikdən istefa verərək Tokayevi özünə varis seçib. Ancaq o, Təhlükəsizlik Şurasının başçısı, “elbaşı” kimi səlahiyyətlərini saxlayırdı.

Bu ilin yanvarında 232 nəfərin ölümü ilə nəticələnmiş etirazlardan sonra Tokayev Nazarbayevdən uzaqlaşmağa başladı. Yanacağıın bahalanmasına etirazlar sürətlə ölkəni bürüdü, qohumbazlıq, korrupsiyaya qarşı kütləvi aksiyalara çevrildi. Tokayev sonradan Nazarbayevi Təhlükəsizlik Şurası sədrliyindən çıxardı, bu vəzifəyə özü keçdi.

Keçmiş prezidentin bir sıra qohumları yüksək vəzifələrdən ya çıxarılıblar, ya da istefa veriblər. Bəziləri korrupsiya ittihamları ilə həbs olunub.

24 saat” “
Nazarbayevin adamlarının qanunsuz yığdığı milyonlar qaytarılır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button